
İbrahim Tatlısəs köməkçisi ilə eşq yaşayır: Dini nikah iddiaları...
11:41 03.02.2025
Şou
709
İbrahim Tatlısəs yeni eşq iddiası ilə gündəm olub. O, bir müddətdir köməkçisi Tuğçe Qorxmazla (47) eşq yaşadığı, hətta ikisinin gizli dini nikahda olduğu iddia edilib.
Məşhur ad Özbəkistandan qayıdarkən məsələ ilə bağlı susqunluğunu pozub.
Jurnalistlərə danışan İbrahim Tatlısəs iddialara “Bu xanım mənim əl-ayağımdır, işini yaxşı bacarır... Mənə körpə kimi baxır” sözləri ilə cavab verib.

İbrahim Tatlısəs Adalet Durakla ilk evliliyini Urfada edib. Bu evlilikdən Güldən, Gülşən və Ahmet Tatlı adlı üç övladı olub.
Daha sonra 1979-cu ildə Kara Yazma filmində tanış olduğu Perihan Savaşla ailə quran Tatlısəs bu evlilikdən Melek Zübeyde adlı qızı dünyaya gətirib. Ancaq 1982-ci ildə zorakılıq iddiaları ilə cütlük ayrılıb.
Tatlısəs sonradan Derya Tuna ilə eşq yaşamağa başlayıb və bu birlikdən "İdo" (İbrahim) adlı oğlu var.
Bu ayrılıqdan sonra məşhur müğənni öz verilişinə çıxan rəqqasə Asena ilə eşq yaşamağa başlayıb. İkilinin münasibəti İbrahim Tatlısəsin Asenanı aldatması ilə bitib.
İbrahim Tatlısəs 2011-ci ildə Asena ilə münasibəti bitdikdən sonra Ayşegül Yıldızla ailə həyatı qurub. Elif Ada adlı qızı olan cütlük 2013-cü ildə ayrılıb.
Digər tərəfdən, Tatlısəsin 1990-cı illərdə Işıl Çıtak ilə qısamüddətli münasibətdə olduğu və bu münasibətdən Dilan adlı bir qızı olduğu ortaya çıxıb.
Ümumilikdə 7 övladı olan İbrahim Tatlısəsin 11 nəvəsi var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm