İbrahim Tatlısəs və Asena 25 ildən sonra yenidən bir arada

Bir dövrə damğa vuran oriental rəqqasə Asena, 25 ildən sonra “İbo Show” proqramında İbrahim Tatlısəslə yenidən görüşüb.

Sherg.az xəbər verir ki, Yeni il xüsusi buraxılışında baş tutan sürpriz görüş həm Tatlısəsi, həm də studiyadakı qonaqları duyğulandırıb.

Köhnə proqram görüntülərinin nümayişi zamanı göz yaşlarını saxlaya bilməyən İbrahim Tatlısəs, Asena studiyaya daxil olduqda kövrək anlar yaşayıb. Asena isə verilişə qatılma səbəbini belə izah edib: “2026-cı ilə sevgi və dostluqla başlamaq istədim.”

Sürpriz görüş sosial mediada da geniş rezonans doğurub.