İstanbulda Cennifer Lopezi mağazaya buraxmadılar
İşçi ilə bağlı qərar verildi
Amerikalı müğənni Cennifer Lopez, “Up All Night: Live in 2025” turnesi çərçivəsində ötən axşam İstanbul Yenikapıda konsert verib. VIP biletlər 10-18 min TL arası satılıb və İstanbulun digər şəhərlərlə müqayisədə daha ucuz olması diqqət çəkib.
Sherg.az xəbər verir ki, konsertdən bir gün əvvəl İstanbula gələn Cennifer Lopez İstinye Park ticarət mərkəzinə gedib. Ancaq “Chanel” mağazasının mühafizəçisi onu “Mağaza doludur” deyərək içəri buraxmayıb. Pandemiya dövründən bu yana “Chanel”in tətbiq etdiyi “məhdud sayda müştəri qəbul etmə” siyasətinə uyğun hərəkət edən işçi ilə bağlı hər hansı cəza tədbiri görülmədiyi bildirilib.
Cennifer Lopezin 40 min tamaşaçı topladığı konsertində, bir neçə gün əvvəl eyni məkanda baş verən Justin Timberlake konsertindəki kimi izdiham yaşanmadı. Təxminən 1500 nəfərlik heyət, tamaşaçıların girişlərini tənzimlədi və təhlükəsizlik tədbirləri ilə izdihamın qarşısını aldı. 3000 maşınlıq park yeri olan Yenikapı İSPARK isə normal qiymət tarifini tətbiq edib.
Təşkilatçı Taylan Özcan, tamaşaçıların narahat olmaması üçün 1000 nəfərlik əlavə heyət cəlb etdiklərini bildirib.
Lopez bu gün Özbəkistanda, bazar günü isə Qazaxıstanda konsert verəcək. Özbəkistandakı VIP biletlər 25 min TL, Qazaxıstandakı isə 38 min TL-ə satılır. Ermənistan konsertində isə ən bahalı bilet 19 min TL idi. Ermənistan hökumətinin bu konsert üçün 6 milyon dollar xərcləməsi mübahisələrə səbəb olmuşdu.
Cennifer Lopezin səhnədə geyindiyi aynayla örtülmüş çəkmə də sosial mediada maraq doğurdu. Bu çəkmənin xüsusi dizayn olduğu bildirilib.
Altı illik fasilədən sonra İstanbula gələn Lopezin konsertinə bir çox tanınmış simalar qatıldı. Kanal D-nin ulduzları, o cümlədən Lopezə bənzərliyi ilə seçilən Sahra Şaş və yeni sima Cemre Baysel, konsertdən zövq alıb.
Lopez səhnədən düşən kimi otağına getmədi, bütün heyəti ilə qısa gündəlik iclas keçirdi və sonra barbekü məclisi təşkil etdi.
Səhnədə tez-tez tamaşaçılarla dialoq quran Lopez deyib:
“İstanbul uzun illərdir bu qədər gözəl gecə keçirməmişdi. Yenidən burada olmaqdan çox xoşbəxtəm. Hazırsız? Oxuyacağıq, rəqs edəcəyik. İstanbulda rəqs etməyi sevirik, kalçanı sallamağa hazırsız?”
Konsertdən sonra Melis Sezen, Ebru Şahin, Kubilay Aka-Hafsanur Sancaktutan və Hande Doğandemir kimi məşhurlar kulisdə Lopez ilə görüşmək istədilər. Lopez, hər biri 118 min TL olan biletləri alan 20 nəfərlə görüşdü. Bilet gəlirlərinin TEMA Vəqfinə bağışlanacağı müğənnini sevindirdi. Görüş zamanı yalnız şəkil çəkdirməyi rədd etdi, amma hamı ilə tək-tək hal-əhval tutdu.
Cennifer Lopezin səhnə kombinasiyalarından sonra, Hadisənin Harbiye Açıq Hava Səhnəsindəki çıxışı gündəmə gəldi. Sosial mediada istifadəçilər, “Hadisə edəndə tənqid olunur, Lopez edəndə alqışlanır. Eyni şeyi etdi,” deyə yazaraq Hadisəyə dəstək verdilər.