Ladi Qaqa oğuruluq loqo prosesində qələbəyə çox yaxındır

Məhkəmə, şirkətin ilkin tələblərini rədd edib

Ladi Qaqanın albomu ilə eyni adı daşıyan “Mayhem” sözünü istifadə edərək müxtəlif məhsullar satan və sörf taxtaları istehsal edən “Lost International” şirkəti, loqonun özlərinin loqosuna çox bənzədiyini iddia edərək Ledi Qaqaya marka hüququ pozuntusu davası açmışdı. Şirkət iddia edirdi ki, Ledi Qaqanın son albomunun üz qabığı dizaynı onların loqosunu pozur və “Mayhem Ball Turnesi” üçün hazırlanan səhnə elementlərində bu loqonun istifadə edilməsini əngəlləmək istəyirdi.

Sherg.az xəbər verir ki, Ledi Qaqa, 7 martda çıxardığı “Mayhem” adlı yeddinci studiya albomunun üz qabığında istifadə olunan loqonun oğurluq olduğu iddiasıyla açılan məhkəmə prosesində qələbəyə çox yaxındır. Məhkəmə, sörf şirkətinin ilkin tələblərini rədd edib.

Hakim bildirib ki, marka hüququ pozuntusu iddialarında əsaslı dəlil yoxdur, amma bu hələ yekun qərar deyil. Qərar, iddianın məhkəməyə daşınmasına icazə verilməyəcəyinə dair güclü göstərici sayılır.

Ledi Qaqanın vəkili Orin Snyder məhkəmənin qərarını tam qələbə kimi qiymətləndirərək deyib:

“Qərar təsdiq edir ki, marka hüququ ifadə azadlığını məhdudlaşdırmaq və ya sənət əsərini əngəlləmək üçün istifadə oluna bilməz. Məhkəmənin açıq və qəti qərarından məmnunuq.”

Davanı açan Lost Surfboards şirkətinin vəkili isə mübarizəni davam etdirəcəklərini bildirərək əlavə edib: “Təxminən 40 il əvvəl qurduğumuz Mayhem markasını qoruma öhdəliyimiz dəyişməyib.”