Meqastar Tarkandan atalara məsləhət

Meqastar Tarkan yeni paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, o qızı Lila ilə birgə fotolarını paylaşaraq bu sözləri yazıb:

“Lila ilə keçirdiyim vaxtlar ən sevdiyim vaxtlardır. Bu gün bir yerdə cizgi film seyr etdik.

Atalar, uşaqlarınıza vaxt ayırmağı təxirə salmayın. Onlar çox tez böyüyürlər”.