Mert Ramazan Demir hərbi xidmətini başa vurdu - FOTO

"Yalı Çapkını" serialının ulduzu Mert Ramazan Demir vətən borcunu yerinə yetirmək üçün Hatayın İsgəndərun bölgəsinə getmişdi. Ödənişli hərbi xidmətini başa vuran məşhur aktyorun andiçmə mərasimindən ilk görüntülər yayılıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Star TV-nin sevilən "Yalı Çapkını" serialı 101-ci bölümü ilə final edib. Üç mövsüm boyunca Ferit Korhan obrazını canlandıran Mert Ramazan Demir, hərbi xidmətini yerinə yetirmək üçün Hatay İsgəndəruna getmişdi.
27 yaşlı aktyor Mert Ramazanın hərbi xidməti çərçivəsində andiçmə mərasimi keçirilib. Andiçmə mərasimindən ilk görüntülər sosial mediada paylaşılıb və böyük marağa səbəb olub.
Digər tərəfdən, "Yalı Çapkını" serialındakı rol yoldaşı Emre Altuğ da mərasimdə onu yalnız buraxmayıb. Altuğ, İsgəndərun sahilində çəkdiyi fotonu sosial media izləyiciləri ilə paylaşıb.
Daha sonra Mert Ramazan Demirlə birlikdə obyektiv qarşısına keçən Emre Altuğ həmin paylaşımına "Bitdi, çıxdıq" qeydi əlavə edib.