"Meyxanadan uzaqlaşmışam, bundan sonra Allahı düşünmək lazımdır" - Elşən Xəzər
Yusif Sultanoğlu
13:06 02.06.2020
Şou
1188
2000-ci illərdə istər estrada, istərsə də meyxana janrı sahəsində duetlərin sayı xeyli artdı. Düzgün tərəf müqabili ilə çıxış edənlər uğur qazanaraq uzun müddət xalqın sevimlisi oldular.
Həmin duet ortaqlarından biri də Elşən Xəzər və Aqşin Fatehdir. İki dost meyxanaçı illərlə duet mahnılar ifa edərək heyranlarının rəğbətini qazandılar. Lakin sonralar dostlar yollarını ayrmış, hər kəs fərqli ifa tərzi ilə özlərini göstərmişdi.
“Sherg.az” mövcud vəziyyəti nəzərə alaraq meyxanaçı Elşən Xəzərlə həmsöhbət olub. Müsahibəni təqdim edirik.
- Əvvəlki kimi duetlər oxumaq fikriniz varmı?
- 7 ildir ki, meyxanadan uzaqlaşmışam. İldə bir dəfə, iki dəfə ilahi nəğmələr oxuyuram. Duet fikrim də yoxdur...
-Bəs, Aqşin Fatehlə dostluğunuz davam edirmi?
-Bəli. Amma əvvəlki kimi sıx əlaqəmiz yoxdur. Çünki qabaqlar bir yerdə işləyirdik, indi toydan-toya, bayramdan-bayrama görüşürük. Münasibətimiz qalıb...
-Dediniz ki, meyxanadan uzaqlaşmışam, səbəbi nədir?
- Bundan sonra Allahı düşünmək lazımdır. Yaşımız keçib, meyxananı cavanlığımızda deyirdik. Amma yaş artıq sözünü deyir. Bundan sonra bəzi şeylər var ki, olmur.
-Uzaqlaşmış olsanız da izləyərsiz hər halda, yeni nəsilin, meyxanaçıların fəaliyyətini necə dəyərləndirirsiniz?
-Sözün açığı çox da izləmirəm. Meyxana yaxşı olan vaxtı yaxşı, pis olan vaxtı pisdi deyirik. Meyxananın yazılmamış qayda - qanunları var. Onlarla deyiləndə gözəldir, kənar və ya yenilik olanda da bəyənilir. Yersiz şəkildə ifa ediləndə isə xoşa gəlmir.
-Meyxana janrı zaman-zaman tənqidlərə məruz qalır, ən çox da yazıçıların iradları ilə üzləşir. Hətta çoxları efirdə belə görmək istəmir. Bunlara münasibətiniz necədir?
-Yazarların işi yazmaqdır... Onlar da hər şeyi düz yazmırlar ki... Keçmiş yazıçılarla indikilərə baxsaq görərik ki, aralarında yerdən- göyə qədər fərq var. Bir-birlərinə irad tuta bilərlər.
- Demək olar incəsənətin bütün sahələrində vəziyyət belədir, gözümüz keçmişi axtarır...
-Bəli, məsələn hanı Şövkət Ələkbərova, Müslüm Moqomoyev, Rəşid Behbudov, Xan əmimiz? – Yoxdur! Bir şeyi pis görürsüzsə, sənət pisdir mənasına gəlmir. Xeyir, sənət deyil, ola bilər pis ifaçılar olsun. Ona görə nə deyə bilərəm? Hər nə söyləsəm də, yaxşı çıxmaz. Yazarların özlərində də qüsurlar olur. Onların irad tutduğu meyxanalarda da həmçinin, bəzi sözlərində haqq var. Amma aqressiya ilə çıxış etmək ki, efirə çıxmasınlar, bu səhvdir! Meyxana fəxr etdiyimiz folklor növüdür. Çünki dünyanın heç bir yerində yoxdur, Azərbaycana məxsusdur. Ona görə əks mübarizə aparmayaq. Pis varsa onu sıradan çıxarmaq lazımdır ki, yaxşısını daha kamil şəkildə millətimizə təqdim etsinlər. Doğrusu budur...
-Bir də görürsüz meyxanada gəncləri kriminala sövq edən ifadələr işlədilir. Bu olmalıdırmı, yoxsa yanlışdırmı?
-Bəzən muğam ifaçılarının, estrada müğənnilərin ifalarında da olur. Məsələn türk mahnılarından biri “ Kafama sıkar giderim.” Özüdə Türkiyədə çox sevilən, mərhum müğənni Ahmet Kaya oxuyurdu. Belə sözlər olur... Elə “ Kafama sıkar giderim” də təbliğatdır axı, yəni insanlar sevgilisindən ayrılıbsa, başına güllə vursun ölsün? Repdə söyüşlər var. Bu yaxınlarda bir muğam ifaçısı muğamın üstündən “ Dolya Vorovskaya” oxudu. Bu şeylər baş verir. O aləmin də özünün adamları var. Hamı həkim olmayacaq ki.. Hərə özü üçün bir peşə, sənət, yol seçir. Bəzən onların da toyları məclisləri, ad günləri olur. Meyxanaçılardan da xahiş edirlər ki, mənim üçün bu sözü de... Belə mənzərəni tək meyxananın üzərində görmək doğru deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya