Müğənnidən yazıçıya təklif: “...Gəl, duet oxuyaq”
Yusif Sultanoğlu
14:05 19.01.2021
Şou
1061
Tanınmış müğənni Afət Fərmanqızı növbəti dəfə duet oxumaq istədiyi şəxsin adını açıqlayıb.
O “Sherg.az“söyləyib ki, həmin adam nə meyxanaçıdır, nə də müğənni:
“Amma bilmirəm onun səsi yaxşıdırmı. Yazıçıdır, lakin şeir də yazır. Maraqlı insandır. O da Kəramət Böyükçöldür. Səsi varsa, onunla duet ifa edə bilərəm. gülür). Elə maraqlı, savadlı adamları çox sevirəm. Kəramətin yaradıcılığını izləyirəm, ona böyük hörmətim var. Feysbuka onun statuslarını oxumaq üçün girirəm. Axşamlar 10 dəqiqəlik baxıram ki, görüm Kəramət bəy nə paylaşıb. Çox istedadlı, qabiliyyətlidir. Bir gün zaman onun dəyərini verəcək. İndi qədri bilinmir. O, həm də zamanı qabaqlayan yazıçıdır. Heyif ki, Kəramət bəyi dərk edə bilməyənlər var.
“K.Böyükçölün kitablarını oxumusunuzmu?” sualına müəğənni belə cavab verdi:
“Bu yaxınlarda onun kitab satdığı parka yaxın yerdə çəkilişdə idik. Rəfiqəmə dedim, qayıdanda zəng vurub, Kəramətin kitabından alacam. Amma elə oldu ki, verlişdə texniki problemlər yarandı. “Space Tv”də Elçin Əlibəylinin qonağıydım. Çəkilişdən sonra həmin parka gedəcəkdim. Lakin texniki problemlərə görə qaldı. Həm də bilirsiniz ki 3 saatlıq sms-lə çölə çıxırdıq.Verlişin qonaqlarından biri 1 saat gecikdi. Mənim iki saatım qaldı, onu da verlişə sərf elədim. Evə ancaq çata bildim. Yenə də Kəramət bəyin kitablarını oxumaq istəyirəm. İllərdir kitab oxumuram. Məktəb illərində mütaliə edirdim. Dünya ədəbiyyatından, Tolstoydan, Dümadan oxumuşam. Pandemiya dövründə də tanış ola bilmədiyim əsərlərin filmlərini izləyirəm. Yazıçılarla maraqlanıram.
Müğənni onu da əlavə edib ki, bəzi televiziyalar onu K.Böyükçöllə debata çağırıb:
“ “Pəncü-şeş” mahnım yeni çıxan zaman lar Kəramətlə debata dəvət etdilər. Soruşdum ki, digər qonaq kimdir? Dedilər, yazar Kəramət Böyükçöl. O vaxt yaxşı tanımırdım. İnternetdə axtardım, “ANS” də dediyi şeirini gördüm(gülür). Dedim, zatən üstümə gələnlər çoxdur. Birdən verlişdə nəsə deyər, sonra “TİK-Tok”a düşərik. Debata çıxmadığım yeganə insan Kəramət oldu. Qiyabi tanıdıqca təəssüfləndim ki, gərək dəvəti qəbul edərdim. İndi bildim o, internetdə gördüyüm Kəramət deyilmiş. Çox ədəbli-ərkanlı, müasir düşüncəli insandır. Məsələn bəzi fikirləri mənim də ağlımdan keçir Lakin dilə gətirsəm, insanlarda qıcıq yarada bilərəm. Kəramət isə elə yazır ki, heç kim aqressiya göstərmir. Hamı razılaşır, onu dəstəkləyir. Bu da bir istedaddır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail BMT Baş Katibinin ofisi ilə əlaqələrini kəsib
23:30 28.05.2026
Dünya
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya