Nigar Camal bu məşhurla qohum imiş

"Avroviziya" qalibi Nigar Camal məşhur meyxanaçı Pərviz Bülbülə ilə uzaq qohumluq əlaqələrinin olduğunu açıqlayıb. Sənətçi qohumluq münasibətlərinin ailələr arasındakı izdivac vasitəsilə yarandığını bildirib. O həmçinin həmkarı ilə yaradıcılıq iş birliyinə də müsbət yanaşdığını gizlətməyib.

Sherg..az milli.az-a istinadla xəbər verir ki, müğənni bu yaxınlığın təfərrüatlarını bölüşərək "Onun qohumu bizim uzaq qohumla evlənib. Səhv etmirəmsə, uzaqdan qohum sayılırıq" deyə vurğulayıb. Nigar Camal eyni zamanda me/yxanaçıdan gələ biləcək iş təkliflərinə də açıq olduğunu qeyd edib. O "Pərvizdən duet təklifi gələrsə, qəbul edərəm, niyə də yox?" sözləri ilə pərəstişkarlarının marağına səbəb olub.

Bu etiraf sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.