Niyaməddin Musayevi və qızını hədələdi: Elə şey deyərəm ki...

Müğənni Musa Musayev ailə qalmaqalı ilə gündəmə gəlib.

Kult.az xəbər verir ki, o, əmisi xalq artisti Niyaməddin Musayev və qızı Röyanı hədələyib.

Musayev xanımı Təranə Qumralın qızı Qumralın ifa etdiyi mahnının Yutubdan sildirilməsinə görə əsəbiləşdiyini bildirib və sərt açıqlamalar verib:

"Elə bir şey deyərəm ki, Azərbaycandan qaçarsınız. Azərbaycanlı görəndə gizlənərsiniz. Bəsdirin, oturun yerinizdə. Mənim üçün də ayıbdır bu sözü deyim. Amma bıçaq sümüyə dirənib. Özümünküləri deyirəm... Gedib haralarda yaşayarsınız ki, sizləri tanıyan olmasın. Bilmirsiniz nələr var bunun altında. Nə qədər bizimlə dirəşirsiniz, mən də sözümü deyirəm. Elə deyərəm ki, yeddi qatınızdan keçər.

Dəli adamam, deyərəm və sizi rədd edərəm".

Qeyd edək ki, Musayev ailəsi arasında gərginlik uzun müddətdir davam edir. Musa və qohumları küsülüdür. Buna səbəb isə müğənninin Təranə Qumralla ailəli olmasıdır. Onlar arasında növbəti qalmaqala səbəb Qumralın N.Musayevin mahnısını oxuması olub. Müğənninin qızı Röya mahnını Yutubdan sildirib.