Oğuzhan Koç 65 milyonluq lüks villa aldı

Türkiyəli müğənni Oğuzhan Koç qazandığı pulları daşınmaz əmlaka yatırmağa başlayıb.

Axşam.az xəbər verir ki, ifaçının 65 milyon lirə (2,7 milyon manatdan çox) müqabilində lüks villa aldığı bildirilib.

Qeyd edək ki, Oğuzhan 2023-cü ilin avqustunda aktrisa Demet Özdəmirlə nikah masasına oturmuşdu. İkili həmin ilin mayında rəsmən boşanıb.