Oktay Kaynarca ev dustaqlığına buraxılıb - YENİLƏNİB

Türkiyəli tanınmış aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, onlar məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində səhər saatlarında saxlanılıblar.

Qeyd edək ki, aktyor saxlanılması ilə bağlı qısa açıqlama verərək, uzun illərdir narkotiklə mübarizə apardığını və bu cür əməliyyatları dəstəklədiyini bildirib.

***

12:31

Türkiyəli tanınmış aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu və daha 4 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Onlar Türkiyədə tanınmış şəxslərə qarşı aparılan "narkotik işi" çərçivəsində saxlanılıblar.

Qeyd edək ki, Türkiyədə “Kızılcık Şerbeti” serialının baş rol ifaçısı Doğukan Güngör də bir neçə gün əvvəl saxlanılıb.