Onların olduğu təyyarəni ildırım vurdu! Panika yaşandı

Ötən həftə Devrim Özkan və Bige Önal baş rolları paylaşdıqları “Her şey yolunda” filminin çəkilişləri üçün Bodruma uçublar.
Sherg.az xəbər verir ki, Birsen Altuntaşın xəbərinə görə, Sabiha Gökçen  - Bodruma uçan və Özkan və Önalın olduğu təyyarəni havaya qalxdıqdan sonra ildırım vurub.
Hadisə zamanı aktyorların qorxulu anlar yaşadığı və göz yaşlarını saxlaya bilmədiyi qeyd olunub.
Bu səbəbdən çəkilişlər iki gün dayandırılıb.
Təyyarənin sağ-salamat Sabiha Gökçen hava limanına qayıtması Devrim Özkan və Bige Önala rahatlıq verib.
Ahmet Kapucu və Halil İbrahim Ünalın rejissorluq etdiyi “Her şey yolunda” filminin çəkilişləri daha sonra tamamlanıb.