Oxuya və danışa bilmir: Brüs Uillisin son vəziyyəti açıqlanıb
13:44 04.02.2025
Şou
562
Afaziya və demensiya xəstəliyi ilə mübarizə aparan məşhur aktyor Brüs Uillisin qızı Tallula Uillis atasının səhhəti ilə bağlı açıqlama verib.
Sherg.az xəbər verir ki, Tallulah Uillis, atası Brüs Uillisin afaziya (nitq pozğunluğu) səbəbiylə aktyorluğu tərk etmək məcburiyyətində qaldıqdan sonra səhhətinin pisləşdiyini və sonradan demensiya diaqnozu qoyulduğunu söyləyib.
Tallulah Uillis deyib: “Atam indi sizin tanıdığınız Brüs deyil. Oxuya bilmir, danışa bilmir. Biz artıq hər şeyin son mərhələdə olduğunu qəbul edirik. O, hər an vegetativ vəziyyətə düşə bilər”.
Aksiyon filmlərin aparıcı simalarından biri olan Brüs Uillisə beynin bəzi nahiyələrindəki disfunksiya nəticəsində ortaya çıxan, danışma, nitqi anlama, oxuma və yazma kimi bacarıqlara təsir edən afaziya diaqnozu qoyulub.
Xəstəliyi səbəbindən aktyorluğu tərk edən və diqqət mərkəzindən kənarda qalan Brüs Uillis daha sonra frontotemporal demensiya ilə mübarizə aparmağa başlayıb.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi