Pərvin Abıyeva özünü öydü: “Bədənim artıq öz formasını tutub”
Yusif Sultanoğlu
19:34 11.09.2020
Şou
1052
“Nə yeyirəmsə, belə də qalıram. Zalların açılmağını da səbirsizliklə gözləyirəm”
Zaman-zaman istər eşq həyatı, istərsə də açıqlamaları ilə gündəmə bomba kimi düşən Pərvin Abıyeva bir müddətdir, Türkiyədə istirahət edirdi. Qardaş ölkədən qayıdan aktrisa “MTV Azərbaycan”a karantin dövrünü necə keçirdiyindən danışıb.
“Sherg.az” xəbər verir ki, o koronavirusdan ciddi qorunduğunu vurğulayaraq bunları söyləyib:
“Ümumiyyətlə imunitetim zəifdir, tez-tez xəstələnən insanam. Amma anam deyir ki, nə hikmətdirsə pandemiya gələndən xəstələnmirsən. Tez-tez özümü yoxlatdırıram, analiz verirəm, evdə şəkər xəstəsi anam var.
Ona görə çox narahatam, istəmirəm ətrafımdakılara nəysə olsun. Evdə zəncəfilli, ballı, limonlu çay içirəm. Son vaxtlar dieata tutmuram, idman eləmirəm. Düşünürəm ki bədən artıq öz formasını tutub. Nə yeyirəmsə, belə də qalıram. Zalların açılmağını da səbirsizliklə gözləyirəm.”
Türkiyə səfərindən də söz açan sənətçi rəfiqələri ilə getdiyi istirahətləri çox sevdiyini bildirib:
“Düşünürəm ki son illər etdiyim ən yaxşı istirahətlərdən biridir. Türkiyə qardaş ölkədir, hər yerini tanıyırıq. İstirahəyim çox gözəl keçdi. Kim deyirsə, istirahətə getdim telefonu atıram kənara inanmıram.
Həyatımızın mərkəzi nöqtəsinə çevrilib. Bir saat zəng, mesaj gəlməyəndə düşünürsən ki, nə oldu, niyə məni heç kim axtarmır? Adamın ürəyi sıxılır. Amma işlərdən uzaqlaşıram.
Deyirəm ki, istirahətdə olacam narahat etməyin. İş-güc məsələlərini kənara qoyuram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm