Rəqsanə İsmayılovanın vəkili apellyasiya şikayəti verdi: "Məsələ tamamilə başqadır"
Yusif Nəzərli
07:50 18.08.2025
Şou
385
“Bu gün apellyasiya şikayətinə baxılacaq, hesab edirik ki, Rəqsanə İsmayılova azadlığa buraxılmalıdır”.
Bu sözləri Teleqraf-a müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib.
Vəkilin sözlərinə görə, müvəkkili özünü təqsirli hesab etmir.
Hikmət Əliyev “Zərərçəkmişlərin adını qeyd edə bilərsinizmi” sualına isə: “Hazırkı vəziyyətdə onların adlarının qeyd edilməsi istintaq sirrinin pozulmasına səbəb ola bilər. Ona görə də həmin şəxslərin adını açıqlamaq istəmirəm”, - deyə cavab verib.
Hikmət Əliyev onu da qeyd edib ki, Rəqsanə İsmayılovanın Rusiyada iş adamının azadlığa buraxılması üçün onun yaxınlarından 520.000 ABŞ dolları məbləğində pul alması haqda ittiham doğru deyil: “Bu haqda məlumat vermək istəmirəm. Məsələ tamamilə başqadır".
"İfaçının həyat yoldaşı Fazil Əmiraslanovun Rusiyadakı restoranı satışa çıxararq ifaçının borcrlarını ödəyəcəyi haqda xəbərlər doğrudurmu" sualına isə Hikmət Əliyev: “Bu haqda məndə elə bir məlumat yoxdur. Bu məsələ doğru deyil. Təbii ki, əgər Rəqsanə xanımın borcu varsa, buna təşəbbüs göstərəcəyik”, - deyib.
Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.
Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
03:50 28.05.2026
Sağlamlıq
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya