Röya Ayaz Salayevə cavab verdi: "Siz elə ölü qalın"
Yusif Nəzərli
14:09 24.05.2025
Şou
500
Xalq artisti Röya Ayxan Kann Film Festivalında iştirak ilə bağlı fikirlər səsləndirən “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Ayaz Salayevə cavab verib.
Teleqraf xəbər verir ki, bununla bağlı o, "instagram" sosial media hesabında video paylaşıb.
Videoda Xalq artisti deyir:
“Deyirlər, rəhmətliklər diriliblər. Enerjiyə gəlmisiniz, elə bilirsiniz, gəlib mənə çatmır? Ayaz Salayev, sizdən başlayıram! Məni görəndə salamlaşırsınız... Özünüzə gəlin. Mən ölənləri diriltməyə öyrəşmişəm, amma siz elə ölü qalın. Bəli, birinci mənəm, hər şeyin ən gözəlini, ən layiqincə edəni mənəm. Çünki oxuduğum kimi ürəyim var. Hadi oradan!”
Xatırladaq ki, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Röya Ayxanın Kann Film Festivalında iştirakına münasibət bildirərkən deyib:
"Röya Ayxanın çıxdığı qırmızı xalının üstündən hər axşam min adam keçir. İstənilən şəxs həmin festivala qatıla bilər. Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”.
Röya Ayxanın “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunmasına gəlincə, Ayaz Salayev bildirib ki, bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, xalq artisti Röya Ayxan Kann Film Festivalına qatılıb. Qırmızı xalçaya çıxan estrada ifaçısı “I Success Top 100 Awards Gala” tədbirində iştirak edib və burada “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə