Şahzadə Uilyam və Harrinin əmisi qızı ölü tapıldı
12:48 22.07.2025
Şou
310
Şahzadə Uilyam və Şahzadə Harrinin ana tərəfdən 20 yaşlı əmisi qızı Rouzi Roçenin həyatını itirdiyi açıqlanıb. Roçenin ölümünün şübhəli olmadığı bildirilib.
Sherg.az xəbər verir ki, İngiltərə Krallıq Ailəsinin üzvləri olan Şahzadə Uilyam və Şahzadə Harrinin, mərhum Şahzadə Diananın qohumu olan 20 yaşlı əmisi qızı Rouzi Roçenin vəfat etdiyi məlum olub. Roçe, yaxınlığında odlu silah olan vəziyyətdə ölü tapılıb.
The Sun qəzetinin verdiyi məlumata görə, Rouzi Roçe Şahzadə Diananın dayısının nəvəsi olub. Gənc qadının 14 iyulda ailəsinə məxsus evdə ölü tapıldığı bildirilib. Onu anası və bacısı tapıb. Bildirilib ki, Roçe həmin an dostları ilə görüşə getmək üçün çantasını yığırmış.
Malmesburi yaxınlığındakı Norton kəndində yerləşən evdə gənc qadının cəsədinin yanında odlu silah aşkar edilib.
Məhkəmə-tibb eksperti Qrant Deyvis ilkin araşdırmalara əsasən bildirib ki, hadisədə üçüncü bir şəxsin iştirakı müəyyən edilməyib və ölüm halı şübhəli hesab olunmur.
Rouzi Roçe Durham Universitetində İngilis ədəbiyyatı üzrə təhsil alırdı. Universitetin nümayəndəsi onun "çox darıxılacaq bir tələbə" olduğunu bildirib.
Qeyd edək ki, Şahzadə Harri və Şahzadə Uilyamın digər əmisi qızı Leydi Qabriella Kinqstonun həyat yoldaşı Tomas Kinqston da 2024-cü ilin fevralında başından aldığı güllə yarası nəticəsində vəfat etmişdi. Onun da yaxınlığında odlu silah tapılmışdı.
Rouzi Roçenin ailəsi və Şahzadə Uilyamın sözçüsü hadisə ilə bağlı şərh verməkdən imtina ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət