Serenay və Mert ifadə verəcək
Yusif Nəzərli
20:29 12.01.2025
Şou
686
Türkiyədə prokurorluq idarəedici şirkətlər və kastinq agentlikləri ilə bağlı araşdırmaya başlayıb.
Axşam.az xəbər verir ki, bu çərçivədə “İD Consultancy” şirkətinin sahibi Ayşe Barımın şirkətində çalışan Serenay Sarıkaya və Mert Dəmir “5 milyon dollarlıq reklam sevgisi” iddiaları ilə bağlı ifadə verəcək. Bundan əlavə, ikilinin telefon qeydləri mümkün çirkli pulların yuyulması və vergidən yayınma halları üçün araşdırılacaq.
Rəqabət Şurasının 21 idarəedici şirkət və kastinq agentliyi ilə bağlı başlatdığı araşdırma sektorun gizli simasını üzə çıxarıb. Futbolçuların bir-birinin ardınca verdiyi etiraflardan sonra Ayşe Barıma məxsus şirkətlə bağlı genişmiqyaslı araşdırma başladılıb. Şirkətdə inhisarçılıq və ədalətsiz qazanc iddiaları ilə bağlı araşdırmalar ciddiləşib.
Məşhur aktrisa Serenay Sarıkaya və müğənni Mert Demirin arasında münasibətlərin real olmadığı və bir iş adamının reklam sevgisi üçün Ayşe Barım vasitəsilə cütlüyə 5 milyon dollar verdiyi iddia edilib. "Sabah"ın xəbərinə görə, istintaq çərçivəsində Sarıkaya və Dəmir yaxın günlərdə prokurorluğa gedərək məsələ ilə bağlı açıqlama verəcəklər.
O, İstanbul Baş Prokurorluğuna, Maliyyə Cinayətlərini İstintaq İdarəsinə (MASAK) və İstanbul Polis İdarəsi Kiber Cinayətlər İdarəsinə məktub yazıb. Məşhur ikilinin bütün bank hesablarının da yoxlanılacağı məlum olub. Sarıkaya və Dəmirin telefon qeydləri də mümkün çirkli pulların yuyulması və vergidən yayınma halları üçün araşdırılacaq.
Qeyd edək ki, Fuat Uğurun "TV100"də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı “5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhur adı təmsil edən ID İletişim şirkəti haqqında araşdırma başladıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi