Mərhumun ailəsi apellyasiya şikayəti verəcəklərini açıqlayıb
Türkiyənin Niğdə bölgəsində universitet tələbəsi Hakan Günkanı ürəyindən bıçaqlayaraq öldürməkdə təqsirli bilinən Pelin Üçtepe 15 il müddətinə azadlıqdan məhrum edilib.
Sherg.az xəbər verir ki, məhkəmə hadisə zamanı təqsirləndirilənin haqsız təhrikə məruz qaldığı qənaətinə gələrək ömürlük həbs tələbinə baxmayaraq 15 il həbs cəzası çıxarıb.
Mərhumun ailəsi qərarın yüngül olduğunu bildirərək apellyasiya şikayəti verəcəklərini açıqlayıb.