Söz dueli: “Manaf, bu sənin pis günün deyildi?”
Yusif Sultanoğlu
12:09 04.02.2021
Şou
814
Manaf Ağayevin başlatdığı qalmaqal rüzgarı səngimək bilmir. Çünki müğənni Tolikin verlişində aparıcı İlham Mirzəyevə də irad bildirib. İ.Mirzəyevin dar günündə ona dəstək olmadığını söyləyib:
“Həbsdə olanda getdim yanına, dedim gələn olub? Dedi, yox, dedim gələn də olmayacaq. Çünki bu cəmiyyəti bilirəm. O, çıxana qədər evinə getdim, kömək etdim. Bir nəfərə deyib ki, Manafı müdafiə edə bilmərəm, məni söyəcəklər. Məni də sənin yanına gələndə söydülər ki, sən hara, o, hara".
İ.Mirzəyev İnstaqram səhifəsində Manaf Ağayevə cavab verib.
“Sherg.az” xəbər verir ki, o, illər əvvəl verlişdə M.Ağayevi müdafiə etdiyi görüntüləri paylaşaraq bu sözləri yazıb:
“Manaf, düz deyirsən, adam umduğu yerdən küsər. Dar günümdə mənəvi dəstəyə ehtiyacım var idi, sən də mənə dayaq oldun. Mən də hər zaman, ad günlərində, oğlunun toyunda, qonaq olduğum bütün verilişlərdə sənə təşəkkür etdim. Dedim, Manaf mənə dəstək olduğu üçün qarşısında baş əyirəm. Allah kiməsə pis gün qismət etməsin, düşmənimə də arzulamıram. Manaf, bu sənin pis günün deyildi? Sadəcə bəzi insanların qurması idi. Onsuz da səni hamı tanıyır. Çoxlarına əl tutmusan, yaxşılıq etmisən.
Sadalamaqla bitməz. Bəs sənə necə təşəkkür edim ki, əvəzini çıxım? Həyat hələ qarşıdadır. Yaxşılıq yerdə qalmır, dəyərli insan. Vaxt gələr yaxşılığının əvəzini çıxaram, nəvələrinin xeyir işində inşallah. Çox dəyərlisən, Allah səni də ailəni də qorusun. Mənə də imkan versin ki, borclu qalmayım. Tanrı heç kimi dara salmasın və gözükölgəli etməsin. Bir daha sənə təşəkkür edirəm, Manaf. Bu paylaşımda da görünür ki, verlişdə olmasan da sənin haqqında öz fikrimi deyirəm. Səni yaxından tanıyanlar bilir ki, necə ürəyə maliksən. Daha nə cür təşəkkür edim. Nə verlişim var, nə vəzifəm. Necə edim bilmirəm”.
Qeyd edək ki, İlham Mirzəyev Tolikin illər əvvəlki verlişindən bir kadr paylaşıb. Proqramda Manaf Ağayevin “Əməkdar artist” adı alıb-almaması müzakirə olunur. Tolik deyir ki, “ Manaf bu günə qədər bir əsər oxumayıbsa, bir yerdə konsert verməyibsə niyə onu “Əməkdar artist” adına layiq görsünlər?”. Aparıcının sözlərinə kəskin münasibət bildirən İlham Mirzəyev “ Elə xalq artistləri, əməkdar artistlər var ki, bir dəfə də əsər oxumayıblar. Manaf onların nəyindən əskikdir?!”-deyə etiraz edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur