
Taylor Sviftdən jest: Gəlirinin 197 milyon dollarını işçilərinə payladı
10:24 11.12.2024
Şou
627
Dünya turnesi ilə rekordlar ardınca rekord qıran və mahnıları heç vaxt musiqi hit-paradlarının zirvəsini tərk etməyən Taylor Svift komandasındakı bütün işçilərə böyük jest edib.
Sherg.az xəbər verir ki, "Forbes"-in “Ən Güclü Qadınlar” siyahısında beşinci yerdə qərarlaşan və “Time” jurnalı tərəfindən “İlin adamı” seçilən Taylor Svift bu il dünya turu ilə gündəmdən düşmür.
Musiqi karyerası boyunca aldığı mükafatlarla tarix yazan amerikalı müğənni "Eras" adlı dünya turnesi ilə rekord qırıb.

Müğənninin qastrol səfərinin 2 milyard dollardan çox gəlir əldə etdiyi açıqlanıb.
"People" jurnalı Sviftin bu gəlirin 197 milyon dollarını tur işçilərinə maaşlarından əlavə bonus olaraq payladığını açıqlayıb.
"Eras Tour"-da çalışan hər kəsin bu bonusdan faydalandığı bildirilir. Yük maşını sürücüləri, iaşəçilər, alət üzrə texniki işçilər, işıqlandırma, səs, istehsal heyəti və köməkçiləri, dülgərlər, rəqqaslar, orkestr, mühafizə, xoreoqraflar, armaturlar, saç, makiyaj, stilist, fizioterapevt və video çəkiliş qrupu bu bonusdan yararlanıb.
Ötən ilin avqustunda müğənni komandasına 55 milyon dollar mükafat da verib.
149 konsertlik stadion turu bazar günü axşam Vankuverdə başa çatıb. Svift səhnədə komandasına görə minnətdarlığını bildirib.
2024-cü ildə dünyada ən çox dinlənilən mahnılar açıqlanıb. Siyahının başında isə qırdığı rekordlarla adından söz etdirən Taylor Svift gəlir.
Dünyaca məşhur musiqi platforması "Spotify" ən çox dinlənilən ifaçıları, mahnıları, albomları və podkastları açıqlayıb. Taylor Svift "Spotify"-da dünyada ən çox dinlənən müğənni oldu.
Dünyada 26,6 milyarddan çox yayımlanan Taylor Svift ardıcıl ikinci il "Spotify"-in qlobal miqyasda ən çox yayımlanan müğənnisi olub.
Onu müvafiq olaraq The Veeknd, Bad Bunny, Drake və Billie Eilish izləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi