Türkiyəli aktrisanın narkotik testi pozitiv çıxdı

Türkiyəli aktrisa Çağla Bozun qan analizləri onun narkotikdən istifadəsini təsdiqləyib.

Teleqraf "Habertürk"ə istinadən xəbər verir ki, Bozun evində aparılan axtarış zamanı 11 sintetik narkotik həb tapılıb.

İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik istintaqı davam etdirilir.

Qeyd edək ki, 29 iyun 1999-cu ildə anadan olan Çağla Boz karyerasına moda dünyasında başlayıb.

O, “Kör Nokta” serialında Gece obrazını canlandırıb.