Türkiyəli məşhurlardan Qarabağ paylaşımı: “Ölümünə yanındayıq, Azərbaycan!” – Fotolar
Yusif Sultanoğlu
10:39 12.11.2020
Şou
1119
Azərbaycan ordusunun 44 günlük əks- hücum əməliyyatı sona çatıb. Haqq savaşımız qələbə və Qarabağımızın azad edilməsi ilə nəticələnib. Bu şərəfli yolda qardaş Türkiyənin mənəvi dəstəyi danılmazdır. İstər siyasi xadimləri, istərsə də sənətçiləri daim yanınımızda olduqlarını bildirdilər, dəstəklərini ifadə etdilər. Hər iki ölkə Azərbaycan və Türkiyə bayraqlarına büründü.
“Sherg.az” olaraq yaşadığımız şanlı günlərdə Azərbaycana dəstək ifadə edən türkiyəli məşhurların paylaşımlarını təqdim edirik.
Müğənni Murad Boz rəsmi Feysbuk səhifəsində Azərbaycan bayrağını paylaşaraq bu sözləri yazıb:
“Vətən torpaqlarını geri qaytaran Azərbaycan xalqını və şanlı ordusunu ürəkdən təbrik edirəm.”
Mustafa Ceceli Şuşanın qurtuluşu münasibətilə millətimizi belə təbrik edib:
“Qarabağın ürəyi Şuşa 28 il sonra işğaldan azad edildi. Qarabağ Azərbaycandır!”
Daim Azərbaycana dəstək paylaşımları edən bəstəkar, ifaçı Sinan Akçıl Kim Qardaşyana sözün əsl mənasında “göz dağı çəkib”. İnstaqram səhifəsində Şuşanı paylaşaraq erməni əsilli fenomeni etiketləyib:
“İndi Şuşanı ziyarət etmək istəyirsinizmi?”
“Eşkiya Dünyaya Hökümdar olmaz” serialının sevilən siması Ozan Akbaba Azərbaycanı Müstəqillik günü münasibətilə təbrik edib. Bundan əlavə aktyor mütəmadi olaraq ölkəmizə dəstək göstərir. O 18 oktyabr paylaşımında bu sözləri yazıb:
“Türk mədəniyyətindən, adət-ənənələrindən təəssüf ki, uzaqlaşdığımız bu zamanda Azərbaycan türk xalqını, dövlətlərinin müstəqilliyini təbrik edir və əzəli torpaqlarına olan həsrətlərinin tezliklə sona çatmasını diləyirəm. Can Azərbaycan! Gücünüz, Qüvvətiniz möhkəm olsun.”
Tanınmış müğənni Alişan böyük qələbəmiz elan olunan gün İnstaqram səhifəsində təbrik paylaşımı edib:
“ Şəhidlərimiz rahat yatsın. Onların sayəsindədir... Qarabağ Azərbaycandır!”
Əslən Azərbaycan türkü olan aktyor Tamər Qaradağlı hələ haqq savaşımız yeni başladığı günlərdə dəstəyini göstərib:
“Tək millət, iki dövlət. Yanındayız Azərbaycan!”
Yaşayan əfsanə Cüneyt Arkın da Müstəqillik günümüzü təbrik edib:
“Can Azərbaycanın Müstəqillik günü qutlu olsun! Qarabağın işğaldan azad edilməsi uğrunda apardığı mübarizədə ürəyimiz Azərbaycanla döyünməkdədir”.
Serdar Ortac da Şuşanın qurtuluş xəbərinə biganə qalmayıb. Təbrik paylaşımı edərək “Yaşa Azərbaycan” qeydini yazıb.
Müğənni İbrahim Tatlısəs isə Azərbaycan və Türkiyə bayraqlarının fotosunu paylaşaraq bu sözləri şərhə əlavə edib:
“İki millət bir dövlət. Türk olaraq ölümünə yanındayıq, Azərbaycan!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya