“Uzaq şəhər”in Cihanı: “Qovurma ən sevdiyim yeməkdir”
Yusif Nəzərli
06:02 25.05.2025
Şou
738
Türkiyənin Kanal D telekanalında yayımlanan və ölkəmizdə də maraqla izlənən “Uzak şehir” (“Uzaq şəhər”) serialı izləmə rekordunu hər dəfə təzələyir. Dizini çəkici edən həm də çəkilişlərin Mardin bölgəsi, Midyatda aparılmasıdır. Mardinin özünəməxsus mətbəxi isə dünyada məşhurdur.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, bölgənin ləzzətləri serialın olmazsa olmazları arasındadır. Serialın baş rol ifaçılarından Ozan Akbaba "Mardin yeməklərini çox sevirəm, amma ən çox sevdiyim qovurmadır. Bu yeməkdən böyük zövq alıram" deyərkən, pəhrizinə fikir verdiyini vurğulayan Sinem Ünsal isə Suriya çörəyinə “yox” deyə bilməyəcəyini söyləyib. Kanal D-nin sevilən serialı "Uzak şehir" aktyorları və hekayəsi ilə hər cəhətdən diqqət çəkir. Serialın mətbəx səhnələri tamaşaçıların diqqətindən yayınmır. "Uzak şehir" komandasının səliqə ilə hazırladığı masalar sosial mediada çox danışılır. “Milliyet” qəzetinin yazarı Zeynəb Kakınç "Uzak şehir" mətbəxinə baş çəkib, aktyorlarla Mardin yeməkləri haqqında söhbət edib. Mükafatlı aşpaz Ebru Baybara Dəmir malikanənin həyətindəki qazanda bölgənin ənənəvi ətli bulqur plovunu bişirib. Serialda Cihan obrazını canlandıran Ozan Akbaba keçmişdə aşpaz şagirdi olduğunu etiraf edib. Aktrisa Sinem Ünsal, "Minimal yeyirəm. Ət və xəmir yeməyi istehlak etmirəm, amma Süryani çörəyinə yox deyə bilmərəm. Tərəvəz restoranı yoxdur, amma Süryani çörəyi ilə könlümü alırlar" deyib. Tamaşada diqqət çəkən obrazlardan olan Sədaqət obrazını canlandıran Qonca Cilasun yemək yeməyi bir ritual olaraq gördüyünü deyib: “Yemək bir ibadətdir. Mən ət yeməklərini ona görə sevirəm ki, burada heyvanlar çox sağlam təbiətdə bəslənir, yediyimiz inanılmaz dadlıdır, böyük zövqlə yeyirəm. “Uzak şehir”də qeyri-mümkün sevgisi ilə ürəkləri sıxan Nare obrazını canlandıran Sahra Şaş “kaş ki, mətbəxlə aram bu qədər yaxşı olmasaydı”, deyərək sözlərini belə davam etdirib: Mardində ən çox sevdiyim yemək qovurma və ətli bulqur plovudur”. Çox danışılan Kaya obrazını canlandıran Atakan Özkaya Mardində kökəldiyini qeyd edərək, idman qidası ilə Mardin mətbəxi arasında tarazlıq qurmağa çalışdığını bildirir. Özkayanın sevimli yeməyi isə Mardin mətbəxindən qaynadılmış dolma küftə və ya ikbebetdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə