Üzel bu fotosuna aydınlıq gətirdi

Aktrisa Üzel Kərimova bir neçə gündür müzakirə olunan fotosuna aydınlıq gətirib.

OLAY yazır ki, bu barədə instaqramda paylaşdığı şəkildəki bəyin süni intellekt məhsulu olduğunu bildirib:

“Bəziləriniz doğru bilmisiniz Aİ. Məqsədim kimisə aldatmaq deyildi, haqqımda çıxan saxta xəbərlərə və düşüncələrə son qoymaqdı. Trend vardı və mən də vəziyyəti dəyərləndirdim. Uzun sözün qısası dostlar, əgər həyatımda biri olacaqsa bunu özüm sizinlə paylaşacam. Mənim paylaşmadığım, lakin hallanan bütün söz söhbətlər yalandı. Əlbəttə onlara inanıb inanmamaq sizin əlinizdədir. Ümid edirəm fikrimi tam ifadə edə bilmişəm. Aranızda qəlbi özündən böyük olanlar var, bilin ki, mən də sizi çooox sevirəm”.