Bu gün bəzi şəxslər sağlığında yanından keçə bilmədikləri insanları vəfat etdikdən sonra rahatlıqla müzakirə edir, hətta ittiham hədəfinə çevirirlər.
Sherg.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri opera ifaçısı Ülvi Qılınc səsləndirib.
O iddia edib ki, İlhamə Quliyevanın evində qab yuyan xalq artisti indi elə danışır ki, sanki İlhamə xanım onun qablarını yuyub.
Müğənni qeyd edib ki, heç kimin keçmişini başına vurmaq istəmir, amma insan keçmişini unutmamalıdır.
Xatırladaq ki, müğənni ad çəkməyib və kimi nəzərdə tutduğu bəlli deyil.