"VİA Qra" qrupu fəaliyyətini dayandırdı
Yusif Nəzərli
23:40 26.05.2025
Şou
251
“VIA Qra” musiqi qrupu 25 ildən sonra fəaliyyətini dayandırıb.
Axşam.az xəbər verir ki, bu barədə məşhur prodüser və bəstəkar Konstantin Meladze instaqram səhifəsində məlumat yayıb. O, “VIA Qra”nın sonuncu mahnısı “Galileo”nu təqdim edərək bunları yazıb:
"25 il ərzində bu layihədə mənimlə birlikdə çalışan hər kəsə - müğənnilərə, musiqiçilərə, administratorlara, aranjimançılara, səs rejissorlarına, rejissorlara, stilistlərə, vizajistlərə təşəkkür edirəm. Bu, gözəl bir dövr idi, lakin bu dövr üçün nostalji hiss etmirəm".
Qeyd edək ki, 2000-ci ildə Kiyevdə yaradılan “VIA Qra” qrupu 25 il ərzində postsovet məkanının ən populyar qadın musiqi layihələrindən biri olub. Bu müddət ərzində qrupun tərkibi dəfələrlə dəyişib, ümumilikdə 20-yə yaxın vokalist qrupda çıxış edib. Qrupun tanınmış solistləri arasında Vera Brejneva, Nadejda Qranovskaya, Anna Sedokova, Svetlana Loboda, Albina Canabayeva, Alyona Vinnitskaya var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
15:04 05.03.2026
Gündəm
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:01 05.03.2026
Gündəm
“Naxçıvana zərbə Azərbaycan və Türkiyəyə mesajdır” - Türk analitik
14:40 05.03.2026
Gündəm
İran Naxçıvana hücumda hansı dronlardan istifadə edib? - DETALLAR
14:37 05.03.2026
Gündəm
Kreml: İran Rusiyaya kömək üçün müraciət etməyib
14:26 05.03.2026
Dünya