Xalq artistinin 55 min tələbi ilə bağlı məhkəmənin qərarı
16:16 02.12.2024
Şou
554
"Natiq" ritm qrupunun rəhbəri, Azərbaycanın xalq artisti Natiq Şirinovun mülki iddiası Sumqayıt Şəhər Məhkəməsində araşdırılaraq qərar çıxarılıb.
Sherg.az Oxu.az-a istinadən xəbər verir ki, musiqiçi Ramal Cahangirovun müəlliflik hüququ xalq artisti Natiq Şirinova məxsus olan "Qavaldaş nağara" tətbiqi sənət əsərini müxtəlif tədbirlərdə ifa etməsi tərəflər arasında məhkəmə mübahisəsi yaradıb.
Natiq Şirinov məhkəməyə müraciət edərək müəlliflik hüququnun pozulması ilə bağlı mülki iddia qaldırıb. O, Əqli Mülkiyyət Agentliyində rəsmi qeydiyyatdan keçirdiyi layihəsinin R.Cahangirov tərəfindən istifadəsinin qarşısının alınmasını tələb edərək, musiqiçiyə qarşı 55 min manatlıq təzminat iddiasını qaldırıb. Bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Aynur Behbudovanın sədrliyi ilə keçirilən prosesdə yekun qərar qəbul edilərək xalq artistinin iddiası təmin edilməyib.
"Qavaldaş nağara" adlı tətbiqi sənət əsəri 2019-cu il 11 dekabr tarixində 12/C-10851-19 nömrəsi ilə Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıb. Natiq Şirinov həmin sənət əsəri əsasında yaradılmış alətdən Azərbaycanda ilk dəfə keçirilən "Avroviziya" mahnı müsabiqəsinin açılış mərasimində istifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi