Son olaraq "Yalı çapkını" serialında rol alan türkiyəli aktrisa Gözde Kansu daha bir layihədə yer alacaq.
Axşam.az xəbər verir ki, aktrisa "Başıbozuklar" filmində çəkiləcək. O, layihədə rəqqas "Nevra"ya həyat verəcək.
Qeyd edək ki, serialın baş rollarını Qonca Vuslateri ilə Mehmet Üstündağ paylaşacaq. Gözde həmçinin "Serseri aşıklar" serialında da rol alacaq.