Yeni "Türkiyə gözəli"nin adı bəlli oldu

"Miss Turkey 2025" yarışmasında Sıla Saraydemir münsiflər heyəti tərəfindən qalib seçilib.

Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, final gecəsində təsirli performansı ilə yadda qalan gənc qadın gözəllik tacını qazanıb.

22 yaşlı Sıla Saraydemir 1.80 metr boyundadır və Tibb Elmləri Universitetinin Sosial Xidmətlər fakültəsinin 4-cü kurs tələbəsidir. O, qarşıdakı dövrdə Türkiyəni beynəlxalq gözəllik müsabiqələrində təmsil etməyə hazırlaşır.