"Türk Ocaqları Genel Merkezi" ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri haqqında böhtanlarını şiddətlə qınayıb.
"Sherg.az"ın xəbərinə görə Mərkəzin yaydığı mətndə deyilir:
İllərdir “Erməni soyqırımı” yalanını "Demoklun qılıncı" kimi başımızın üstündə tutan ABŞ prezidentləri bir neçə ildir Ermənistanın təbirincə, “Böyük fəlakət” dedikləri 1915-ci il hadisələrini bu dəfə yeni dövlət başçısı Co Bayden “soyqırımı" kimi dəyərləndirdi. Türk Ocaqları olaraq bildiririk ki, Türk millətinin 1915-ci ildəkə əməliyyatı düşmənlə əməkdaşlıq edən qüvvələrə qarşı müdafiə tədbiri idi.
Anadolu torpaqlarında doqquz əsr ərzində hakimiyyəti altındakı fərqli etnik və dini qruplarla birgə sülh və sabitliyi təmin etmiş Səlçuqlu, Bəylikli və Osmanlı təcrübələrinin memarı türk millətidir. XIX əsrdən etibarən Balkanlarla və qeyri-müsəlman cəmiyyətlərdə başlayan separatizm sonradan müsəlmanlara və Asiya torpaqlarına da gəlib. Bu mənada XIX əsrin son rübündə erməni terrorçuları imperialist qüvvələrlə birgə türk millətinə qarşı hərəkət ediblər. Birinci dünya müharibəsinin əvvəllərində Qars və Ərdahan bölgələrində qətliamlar törədən, sonra Vanda böyük bir üsyan çıxaran və ruslarla iş birliyinə girən ermənilər böyük bir qətliam törətdilər. 1915-ci ildə Türk milləti Çanaqqala da daxil, bir neçə cəbhədə ölüm-dirim savaşı apararkən ordumuz arxadan xəncərləndi. Bununla əlaqədar olaraq müdafiə qərarı alındı.
Türk Ocaqları olaraq Yüz minlərlə türkün qətl edilməsini görməyən Xaçlı zehniyyətinin tarixi həqiqətləri və beynəlxalq hüquqda soyqırımı cinayətinin mahiyyət və məzmununu görməzdən gələrək Türk millətinə qarşı soyqırımı böhtanını rədd edirik. ABŞ prezidenti Co Baydenin 1915-ci hadisələrini “Erməni soyqırımı” adlandırması nə dostluqla, nə də müttəfiqliklə uzlaşır. Bu bəyanatı şiddətlə qınayırıq. Soyqırımlarla qurulmuş bir dövlət olan və guya demokratiya gətirmək üçün regionumuzu qan gölünə çevirən, yüz minlərlə günahsızın qanına girən ABŞ-ın kiməsə və xüsusilə Türkiyəyə insanlıq dərsi vermək haqqı yoxdur. İraqda və Suriyanın şimalında PKK terrorçularını dəstəkləyən “müttəfiqin” son açıqlaması bizi təəccübləndirmədi. Türk milləti və Türk dövləti olaraq daxildəki müxtəlifliyi bir qırağa qoymalıyıq. Türk millətinə soyqırım böhtanı atan ABŞ daxil hər kəsə lazımi cavab verilməlidir.