“2020-ci ilin Milli Dirçəliş Günü qələbə ovqatında keçirilir” – Tarixçi-alim
Yusif Sultanoğlu
11:07 17.11.2020
Tarix
1414
“Çünki indi Azərbaycan nəinki tam müstəqildir, suverendir həm də beynəlxalq səviyyədə söz sahibi olan dövlətdir”
Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. Bu gün 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda 18 gün fasiləsiz davam edən etiraz mitinqləri ilə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti- Azərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.
17 noyabr 1988-ci ildə Bakının əsas meydanı-Azadlıq meydanında Azərbaycan xalqının etiraz mitinqləri başlayıb. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet Ordusunun qüvvələri və ağır texnikası Azadlıq meydanına yeridilib.
Mitinq dağıdılıb və fövqəladə vəziyyət elan edilib.
Şübhəsiz ki, bu Azərbaycan xalqının milli-azadlıq hərəkatı idi. Mitinqlər zamanı Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırılıb və Sovet İttifaqından ayrılmaq məsələsi gündəliyə gətirilib.
Bakının Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam edib və nəhayət 1991-ci dekabrında Sovet İttifaqı dağılıb. Azərbaycan müstəqilliyinə qovuşub. Bu gün isə Qarabağımızla qucaqlaşırıq. 30 illik torpaq həsrəti sona çatır. Ona görə indi Milli Dirçəliş Gününü daha fərəhlə, qürurla qeyd edirik.
“Sherg.az”la həmsöhbət olan Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova Milli Dirçəliş Günü ilə bağlı bunları söyləyib:
“1988-ci ilə və bu günə baxsaq görərik ki, həm o zaman, həm də indi Azərbaycan xalqı mütəşəkkildir. Lakin xoş bir fərq var. 1988- ci ildə Azərbaycan xalqı yumruq kimi bir olub, Topxana meşəsinin qırılmasına, erməni təcavüzünə qarşı ayağa qalxdı. Tarixdə meydan hərakatı deyilən bir səhifə yazdı. Bu gün isə fərqli birliyin şahidiyik.
Azərbaycan 30 il ərzində işğalda olan torpaqlarının qurtuluşunun şanlı tarixini yaşayır. İndi Azərbaycan ordusunun müzəffər yürüşü nəticəsində əldə edilən qələbənin yaratdığı həmrəklik var.
Onu da deyim ki, tarixə Milli Dirçəliş Günü kimi düşən 17 noyabr 1988-ci il həm də müstəqilliyimizin bərpasının ilk cücərtisi hesab edilə bilər. Azərbaycan həmin tarixdən etibarən öz suverenliyi yolunda addım-addım irəlilədi. Düzdür, bu irəliləyiş heç də hamar olmadı.
Çünki həmin proses Azərbaycan torpaqlarının itirilməsi, xalqımıza qarşı təcavüzlə müşayiət olunurdu. Bu dinamikanı biz 100 il əvvəl də gördüşdük. Məhz 1988-ci ildə də həmin hadisələr təkrar baş verirdi. Xalqımız 30 il ərzində çox məşəqqətli günlər yaşadı. Xocalı soyqırımı, qaçqın, köçkün həyatı və sair fəlakətlər gördü.
Lakin indi 2020-ci ildə 17 noyabrın növbəti ildönümü daha başqa ab-havada, ovqatda keçirilir. Çünki bu gün zəfər çalan Azərbaycan xalqı həmin milli dirçəliş gününü qeyd edir. İndi Azərbaycan nəinki tam müstəqildir, suverendir, ərazi bütövlüyünü təmin edibdir, həm də beynəlxalq səviyyədə söz sahibi olan dövlətdir.
Ona görə də Milli Dirçəliş Gününü daha qürurla və fəxarətlə keçirməyə haqqımız var. Həm də tarixini əldə etmək yolunda canından keçən şəhidlərimizi daim hörmət və ehtiramla anacağıq.
Qələbəni bizə bəxş edən insanlara tarixdə xüsusi yer ayrılacaq. Həmişə olduğu kimi 17 noyabrı bundan sonra da qeyd edəcəyik. Amma əvvəlki nikbin olmayan ovqatımızın tam tərsi- coşqu ilə qutlayacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya