Ağbəndin strateji əhəmiyyəti ! – “İranla sərhəddə tam nəzarət edirik” - Düşmənə təzyiq !
Banuçiçək Kalbalıyeva
12:42 23.10.2020
Tarix
1372
“İşğalçı ölkənin sərhəddə yerləşən qüvvələri, bölmələri zəifləyəcək”
İndiki məqama çox uyğun gələn bir atalar sözümüz var: “Cücəni payızda sayarlar” Təxminən otuz ildir torpaqlarımızı tapdaq altında saxlayan düşmən elə bilirdi ki, payız gəlməyəcək. Amma, vallah, hər qışın bir payızı var. Bundan sonrakı payızlarımız, baharlarımız Qarabağla daha gözəl olacaq.
Dünən rəşadətli ordumuz Zəngilanın Ağbənd qəsəbəsini işğaldan azad etdi. Beləliklə, İran İslam Respublikası ilə sərhəd tam təmin olundu. İndi biz növbəti qələbə xəbərlərini gözləyirik.
BDU-nun Jurnalistika fakültəsinin professoru, tarix elmlər doktoru, əslən Zəngilandan olan Nəsiman Yaqublu Ağbəndin azad olunmasının strateji əhəmiyyəti barədə “Sherg.az”a danışıb:
“Əlbəttə, düşməndən təmizlənən hər qarış torpaq bizim üçün əzizdir. Zəngilan rayonu, o cümlədən Ağbənd strateji əhəmiyyətli yerlərdir. Biz indi İranla sərhəddə tam nəzarət edə bilirik.
Nəzərə almaq lazımdır ki, Zəngilan bir tərəfdən İran, digər tərəfdən Ermənistanla sərhəddir. Deməli, bundan sonra Ermənistana təzyiqimiz artacaq. Başqa sözlə desək, işğalçı ölkənin sərhəddə yerləşən qüvvələri, bölmələri zəifləyəcək”
N.Yaqublunun dediklərindən belə qənaətə gəlmək olar ki, biz yenidən bütün dünyanın həsəd aparacağı ölkəyə çevriləcəyik:
“Zəngilan Kiçik Qafqazın cənub-şərqində yaşayır. Ərazisi 707 kvadrat kilometrdir. Bura respublikanın ən gözəl bölgələrindən biridir. Zəngilanda dünyada ikinci, Avropada birinci olan böyük Çinar meşəsi var.
Həmçinin rayon yeraltı sərvətlərlə, o cümlədən mərmər-daş, əhəng, qızıl yataqları ilə zəngindir. Həm də rayondan dörd çay axır ki, bu da su bolluğuna şərait yaradır. Deməli, biz təkcə torpaqlarımızı azad etmir, həm də sərvətlərimizi geri qaytarırıq.
Fikrimcə, həmin ərazilərdə turizm kompleksləri salınmalıdır.
Bununla bütün dünyanın diqqətində olarıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya