
Alim: Ermənistanın indiki əraziləri belə şübhə altındadır
Yusif Nəzərli
00:54 18.04.2025
Tarix
1092
Ararat Mirzoyanın Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı səsləndirdiyi fikirlər müəyyən məqsədlərə xidmət edir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan Konstitusiyasında sovet dönəmindən öncəki hökumətin Müstəqillik Bəyannaməsinə istinad edilir. Onun sözlərinə görə, bugünkü respublika Azərbaycan SSR-in deyil, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir. XİN başçısı sovet dönəmindən əvvəl mövcud olmuş Azərbaycan Cümhuriyyətinin ərazisinin indikindən qat-qat böyük olduğunu bildirib: “AXC-nin torpaqları indiki Ermənistan ərazisinin 60 faizdən çoxunu əhatə edirdi. Yəni bu məsələ bizi narahat edir, amma davamlı olaraq gündəmə gətirmirik. Çünki Kontitusiya məsələsində problemin həllini sülh müqaviləsinin imzalanmasında görürük. Sənəd təsdiqləndikdən sonra istənilən məsələ həllini tapa bilər". Mirzoyan əlavə edib ki, Azərbaycan tərəfi davamlı olaraq Ermənistan Konstitusiyasına düzəliş edilməli olduğunu vurğulayır: "Onlar bildirirlər ki, bizim konstitusiyamız Azərbaycanın ərazi bütövlüyünü təhdid edən İstiqlal Bəyannaməsinə əsaslanır. Narahatlıqları başadüşüləndir, lakin bu, tamamilə doğru deyil. Biz sülh müqaviləsində tərəflərin bir-birilərinin Sovet Sosialist Respublikaları İttifaqının dövründə mövcud olmuş və sonralar beynəlxalq səviyyədə tanınmış ərazilərini qarşılıqlı şəkildə tanıdığını təsdiqləyirik. Yəni bu müddəa Azərbaycanın narahatlığının aradan qaldırılması üçün tələblərinə tam cavab verir. Bir sözlə, müqavilənin imzalanması bu prinsipi rəsmi olaraq təsdiqləyəcək”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün yeni konstitusiyanın İstiqlal Bəyannaməsinə əsaslanmasını doğru hesab etmədiyini deyib.
Türkoloq-alim, siyasi şərhçi Faiq Ələkbərli "Sherg.az"a deyib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı səsləndiriyi fikirlər müəyyən məqsədlərə xidmət edir. Tarixçi-alim vurğulayıb ki, Azərbaycan haqlı olaraq Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qaldırılmasını tələb edir:

"Görünür, İrəvan hökuməti buna adekvat olaraq Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olması məsələsinin guya Ermənistanı narahat etdiyini gündəmə gətirir. Yəni vurğulayır ki, əgər Azərbaycan Respublikası AXC-nin varisi kimi çıxış edirsə, o zaman indiki Ermənistan ərazilərini şübhə altına almış olur. Ermənistan rəsmiləri özləri də çox yaxşı bilirlər ki, 1918-ci ildə Ararat Respublikasının ərazisi sadəcə 9 min kv.km. olub. Bunu dəfələrlə özləri də təsdiqləyiblər. Ona görə də hesab edirlər ki, Azərbaycan Respublikası Azərbaycan SSRİ-yə istinad etməlidir. Ermənistan tərəfi sərhədlərin müəyyənləşməsi məsələsində hər zaman sovet dövrünün xəritələrini əsas götürürlər. Ancaq reallıq və tarixi fakt ortadadır. Azərbaycan tərəfinin mütəmadi tarixi faktlara istinad etməsi, Cümhuriyyətin varisi olduğumuzu dilə gətirməsi təsadüfi deyil. Ermənistanın nə deməsindən asılı olmayaraq, Azərbaycan bu məsələdə öz mövqeyini qoruyub saxlayacaq. Ən azından Ermənistan öz Konstitusiyasında ərazi iddialarından birmənalı vaz keçmədiyi müddətcə AXC-nin varisliyi daim aktual olacaq. Yəni Ermənistanda dəyişiklik olmazsa, Azərbaycan tərəfində heç bir redaktədən söhbət gedə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya