Cezmi Bayramdan dünyaya MESAJ: “Bu haqq savaşında Azərbaycanın yanındayıq !” – Qarabağ Azərbaycandır !
Yusif Sultanoğlu
19:52 10.10.2020
Tarix
1425
Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram "Qarabağ Azərbaycan torpağıdır" adlı toplantıda türk və dünya ictimaiyyətinə açıqlamalar verib.
“Sherg.az”ın “intanbulturkocagi.com”a istinadən xəbərinə görə, C.Bayram qeyd edib ki, Ermənistanın təcavüzkarlığını görmək üçün tarixə nəzər yetirmək lazımdır:
“Ermənilərin Qarabağa təcavüzünün səbəblərini araşdırmaq üçün keçmişə baxaraq 1918-ci ildən bəri, xüsusilə bölgədə əhalisinin əksəriyyəti türklərdən ibarət olan keçmiş İrəvan xanlığının ərazisində Rusiya, ABŞ və İngiltərənin köməyi ilə ilk dəfə erməni dövləti quruldu. Bundan sonra ermənilərin həmin tarixdən etibarən bəsləndiyini və onlara müəyyən imkanların yardıldığını görmək mümkündür. Ermənilər də Azərbaycan torpaqlarını işğal etmək cəsarətini məhz həmin ölkələrdən alırdılar.
“Ermənistan terrorçu və işğalçı dövlətdir”
C.Bayram qeyd edib ki, ermənilər Azərbaycan torpaqlarına kütləvi şəkildə yerləşdiriləndən sonra onlar intensiv işğala cəhdlər ediblər, terror aktları törədiblər:
“Ermənistan terrorçu və işğalçı dövlətdir. Başda Rusiya olmaqla Qərbin dəstəyini alan işğalçı ölkə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək və buranı türklərdən təmizləmək məqsədilə hücumlara başlayıblar. Bu hücumların nəticəsində azərbaycanlıların evləri yandırılıb, mülki əhaliyə vəhşicəsinə divan tutulub, qadın, uşaq demədən ağır qətliamlar törədiblər”.
“Ermənistan beynəlxalq hüququ pozmaqdadır”
Professor Ermənistanın Avropa beynəlxalq hüquq müqavilələsində yazılı qanunları açıq şəkildə pozduğunu söyləyib:
“1949-cu ildə “Cenevrə Konvensiyası” və əlavə protokolları, “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması müqaviləsi, “İnsan haqlarının və azadlıqlarının təmin olunması haqqında” 1950-ci ildə Avropa müqaviləsi, “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” 1948-ci il tarixli “Təcavüz anlayışı” bəyanatını və Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal edilmiş Azərbaycan torpaqlarının şərtsiz boşaldılması haqqında qərarları heçə sayır. Bu da beynəlxalq hüququn nəzarətindən çıxdığını və Ermənistanın işğalçı siyasət yürütdüyünü aydın şəkildə ortyaya qoyur”.
“Qarabağ Azərbaycandır !”
Şöbə müdiri onu da diqqətə çatdırıb ki, Qarabağın Azərbaycan torpağıdır və Ermənistan bu torpaqlardan dərhal çəkilməlidir:
"Sülhü və beynəlxalq hüququ təhdid edən Ermənistanın Azərbaycana hücumunu qəti şəkildə pisləyirəm. Ermənistanı Azərbaycanın əzəli torpaqlarından dərhal çıxaraq terrorçu dövlət olma kimliyindən qurtulub, hüquqi dövlət olmağa və hücumları dayandırmağa çağırıram”.
Cezmi Bayram sonda onu da əlavə edib ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinin tələblərinə əməl edərək Azərbaycan torpaqlarını tərk etməlidir:
“İşğalçı Ermənistandan beynəlxalq hüquq normaları tələblərinin yerinə yetirilməsini tələb edirik. Türk Ocaqları olaraq Azərbaycanın tarixi və müqəddəs torpaqlarının azad olunması istiqamətində apardığı haqq savaşında qardaş ölkənin yanındayıq. Və hər zaman da yanında olacağıq. Və bu fikrimizi bütün dünyaya bəyan edirik!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi