CIA-in gizlətdiyi pilot danışdı: "Təyyarəm UFO-dan az qala xilas oldu"
09:33 05.05.2025
Tarix
1102
UFO hücumundan son anda qurtulan bir pilotun hekayəsi CIA tərəfindən 30 il boyunca gizlədilib. Gizliliyi aradan qaldırılan sənədlər, qarşılaşma anını əks etdirən radio rabitəsi qeydlərini üzə çıxarıb.
Sherg.az xəbər verir ki, bir pilotun UFO ilə yaşadığı ürküdücü qarşılaşma yenidən gündəmə gəlib.
1986-cı ildə, Yaponiya Hava Yollarının 1628 saylı reysində kapitan Kenju Terauchi və heyəti Alyaska üzərində təyyarələrini izləyən iki müəmmalı işıq gördüklərini bildiriblər.
Həm təyyarədəki, həm də yer radarı tərəfindən qeydə alınan obyektlər yox olmamışdan əvvəl uzun müddət təyyarəni izləyib.
Terauchi daha sonra, Boeing-in nəhəng 747-lərindən dəfələrlə böyük bir obyektin qəfil ortaya çıxdığını söyləyib.
UFO qarşılaşması illərlə gizlədilib
Kapitan Terauchinin ətraflı ifadəsinə, FAA (Federal Aviasiya Administrasiyası) müsahibələrinə, heyətin çəkdiyi təsvirlərə və Japan Airlines 1628 reysinin heyəti ilə hava nəzarətçiləri arasındakı səs yazılarına baxmayaraq, UFO qarşılaşması onilliklər boyu gizli saxlanılıb.
Yüksək səviyyəli bir rəsmi, CIA-nın hadisəni ört-basdır etdiyini iddia edənlərə qarşı çıxaraq Terauchinin iddialarının “heç vaxt baş vermədiyini” irəli sürüb.
Lakin reaksiyalar Terauchinin karyerasına zərbə vurub və təcrübəli pilot bu hadisəni ictimaiyyətlə paylaşdıqdan sonra vəzifəsindən uzaqlaşdırılıb.
Gizliliyi qaldırılan sənədlər üzə çıxardı
Son dövrlərdə gizliliyi aradan qaldırılan sənədlər, həm Yaponiyanın, həm də ABŞ hökumətinin UFO-larla bağlı sahib olduğu sübutların miqyasını ortaya qoydu. Bu sənədlər arasında nəhəng UFO-nun göründüyü anı ətraflı təsvir edən radio rabitəsi qeydləri də var.
ABŞ və Kanada hava sahəsinin müdafiəsinə cavabdeh olan hərbi komandanlıq NORAD həmin gecə Terauchinin təyyarəsinin yaxınlığında heç bir hərbi uçuş olmadığını təsdiqləyib.
Təcrübəli döyüş pilotu idi
10 min saatdan artıq uçuş təcrübəsi olan keçmiş döyüş pilotu, qəfil yoxa çıxmazdan əvvəl kiçik UFO-lardan yayınmağa çalışıb. Terauchi həmin an "nəhəng bir kosmik gəmi" kimi təsvir etdiyi obyekti gördüyünü deyib.
Japan Airlines, mətbuata danışdığı üçün pilotun uçuş fəaliyyətini dayandırıb və onu ofis işinə keçirib.
Lakin həmin dövrdə ABŞ mülki aviasiyasında çalışan yüksək vəzifəli bir rəsmi yapon pilotun dediklərinə inanıb və CIA-nın sübutları gizlətdiyini iddia edib.
İstintaq qəfil dayandırıldı
John Callahan bu hadisənin təhlilinə rəhbərlik etmək vəzifəsini daşıyırdı.
Lakin Callahan 1987-ci ilin yanvarında CIA, FBI və Ağ Ev rəsmilərinin iştirak etdiyi bir təqdimatda istintaqın qəfil dayandırıldığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı