Deputat: “Tağıyev Pakistanda dərsliyə salınıb” - Vaksin göndərib?!
Banuçiçək Kalbalıyeva
14:38 07.09.2020
Tarix
2145
Azərbaycan Müdafiə Naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Nadim Raza ilə görüşüb.
Görüş Moskva vilayətinin Alabino poliqonunda keçirilən Tank biatlonu Ordu İdman oyunları çərçivəsində baş tutub. Zakir Həsənov və Nadim Raza görüşdən sonra Alabino Poliqonun dakı Dostluq Evindəki Azərbaycan stendi ilə tanış olublar.
Danışıqlardan sonra Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Nadim Razanın Azərbaycan bayrağına sarılması xüsusi rəğbətlə qarşılanıb. Bu, Pakistanın bizə dəstəyinin ən bariz göstəricisidir.
Həmin jesti “Sherg.az”a qiymətləndirən millət vəkili Tahir Kərimli çox təsirləndiyini deyib:
“Bu məqam məni xeyli duyğulandırdı. Nə yaxşı ki, bizim Pakistan, Türkiyətək dostlarımız, qardaşlarımız var. Pakistan özünü keçmiş Babur dövlətinin varisi kimi aparır. Dərsliklərində xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevin vaxtı ilə Pakistana vaksinlər göndərməyindən bəhs olunur.
Bu, əlbəttə, bizi sevindirir. Pakistanın Türkiyəyə dəstəyi də göz qabağındadır.
Hətta milli pul vahidlərinin üzərində də Türkiyə bayrağının fotosu var. İndoneziyadan sonra ikinci böyük türk dövlətinin, atom silahına malik yeganə türk ölkəsinin bizə bu dəstəyi lazımi və qürurvericidir.
Sözsüz ki, Pakistan bunu mənafe xətrinə yox, qəlbindən gəldiyi üçün edir. Biz də öz növbəmizdə onlara minnətdarlığımızı bildiririk. Pakistanın bu jesti Azərbaycan xalqında əlavə ruh yüksəkliyi yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət