Düşmən niyə Gəncəni hədəfə aldı ?! – “1918-ci ildə bu şəhər planlarını pozub” - Tarixi qərəz !
Fidan Həmişəyeva
11:44 13.10.2020
Tarix
1482
“1918-ci ildə Gəncə Azərbaycanın paytaxtı olduğu üçün düşmənin planı pozulub, ona görə də Gəncəyə qarşı xüsusi nifrətləri var”
“Başqa məqsəd Rusiyanı da münaqişəyə cəlb etmək idi. Amma Paşinyan qeyri-adekvat hərəkətləri ilə əslində Azərbaycan üçün böyük “yaxşılıq” etdi”
“Xalqımızın torpağı azad etmək hissini daha da alovlandırdı”
Ermənilər yenə də vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini davam etdirir. Düşmənin Gəncədə çoxmənzilli binanı raket atəşinə tutması nəticəsində 10 nəfər mülki vətəndaşımız həlak olub, 34 nəfər isə yaralanıb. Humanitar atəşkəsin elan olunmasına baxmayaraq düşmən vəhşi əməllərindən vaz keçmir.
Ermənistan hər zamanı kimi öz xislətini ortaya qoyaraq, beynəlxalq hüquq normalarını bir daha tapdaladı. Gəncədə baş verənlər əslində Rusiyanın planı idi. Rusiya hər zamankı kimi çirkin əməllərini vassalı olan Ermənistanın “əl”i ilə həyata keçirir.
Bununla hegemonluğunu sübut etməyə çalışır. Bu bir yana, Ermənistanın təcavüzkar dövlət olmasına açıq-aşkar göz yumulur. “Demokratiya carçıları” Azərbaycandakı müsbət meyllərə kölgə salmağa çalışdıqları halda, Ermənistanın və havadarlarının bu barbarlığına göz yumurlar.
Prosesləri “Sherg.az”a dəyərləndirən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev “Sherg.az”a bildirib ki, Gəncə döyüş bölgəsindən uzaq olsa da, ermənilərin həmin ərazi ilə bağlı ciddi problemləri var. Politoloq qeyd edib ki, ermənilər tarixən Gəncənin onlara məxsus olduğunu gündəmə gətiriblər. 1918-ci ildə Gəncə Azərbaycanın paytaxtı olduğu üçün düşmənin planı pozulub, ona görə də Gəncəyə qarşı xüsusi nifrətləri var:
“Guya dərs vermək istədilər, amma ən böyük yanlışı etdilər. Çünki Gəncəyə ikinci dəfə olan hücumdan sonra millətimiz dövlətin, Prezidentin yanında oldu. Düşmənə bir daha göstərdik ki, xalqımızı belə hadisələrlə sındırmaq mümkün deyil. Xalqımız daha çox hərbi əməliyyatların aparılmasının tərəfdarı oldu. Düzdür, humanitar atəşkəslə bağlı əldə olunan bəyanat bir qədər səhv izah olunduğu üçün bəzi vətəndaşlarımızda ruh düşkünlüyü yarandı.
Amma adətən bütün müharibələrdə döyüş gedən bir vaxtda humanitar atəşkəs elan olunur. Müəyyən müddətdə yaralılar, əsirlər və meyitlər dəyişdirilir. Şəhidlərimizin qanı yerdə qalmayıb, qalmayacaq da.
Ordumuz yeni kəndləri də işğaldan azad edib. Ermənistan nə qədər çalışdı ki, humanitar atəşkəsdən istifadə edib Hadrutu geri alsın. Lakin buna nail ola bilmədilər”.
Analitik vurğulayıb ki, düşmənin Gəncəni vurmaqda əsas məqsədi o idi ki, Azərbaycan tərəfi buna cavab versin:
“Başqa məqsəd Rusiyanı da münaqişəyə cəlb etmək idi. Amma Paşinyan qeyri-adekvat hərəkətləri ilə əslində Azərbaycan üçün böyük “yaxşılıq” etdi. Xalqımızın torpağı azad etmək hissini daha da alovlandırdı. Onlar çalışdılar ki, cəmiyyətimizdə gərginlik yaratsınlar. İstəyirdilər ki, öz problemlərini bizə ixrac etsinlər. İnanmıram ki, humanitar atəşkəs uzun müddət davam edəcək”.
C.Nuriyevin sözlərinə görə, Rusiya Türkiyənin münaqişəyə cəlb olunmasının əleyhinədir:
“Çünki Rusiya açıq şəkildə elan edir ki, Qafqaz onların nüfuz dairəsidir. Elə bil kimsə Qafqazı onlara hədiyyə edib. İran da bir növ Rusiyanın yanındadır. Türkiyə və Pakistanın münaqişədə Azərbaycanın yanında olması əslində çəkindirici diplomatiyadır. Bu ölkələr Azərbaycana yalnız mənəvi dəstək göstərir.
Hüquqi və hərbi dəstəkdən söhbət gedə bilməz. İnanmıram ki, Azərbaycan Türkiyənin müharibədə iştirakına razılıq verəcək. Amma biz tək deyilik, Türkiyə kimi qardaş ölkəmiz var.
Türkiyənin humanitar atəşkəsə görə əvvəlki mövqeyindən çəkiləcəyi inandırıcı deyil. Dünyada ədalət ancaq güclünün yanında olub.
Azərbaycan isə indi güclüdür və öz torpaqlarını azad edəcək. İnanıram ki, 18 oktyabr Müstəqillik gününə qədər Prezidentimiz mühüm və strateji məntəqənin azad olunması və ora bayrağımızın sancılması haqqında məlumat verəcək”.
Oxşar xəbərlər
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
00:41 28.10.2026
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət