Ehtiyac olsa da, olmasa da, həmişə qardaşlardan biri digərini axtararaq, nəyə ehtiyacı olduğunu sorar. Bu ilin 12 iyunda başlayan, 27 sentyabrda Vətən müharibəsinə çevrilən və noyabrın 10-da Azərbaycanın şanlı qələbəsilə bitən savaşda "Türk ocaqları" "Qardaş köməyi" adı altında Azərbaycanda oldu. Və əsgərlərə, cəbhə bölgəsində yaşayan, evləri dağıdılan mülki insanlara yardımlar daşındı. Milliyyətçi həkimlər hospitallarda çalışdı, yaralı əsgərlərin həyata qaytarılması üçün yardım əlini uzatdı.
Əhməd bəy Ağaoğlunun ruhu şaddır - Yucel Karauz yazır
08:20 19.11.2020
Tarix
1676
"Azərbaycan türk ocağı" və "Türk ocaqları" harada köməyə, nəfəsə, səsə ehtiyac duyan biri varsa, onun yanındadır"
Xeyriyyəçilik türklərin genetik qanındadır. Harda bir kəsin yardıma ehtiyacı varsa, onun yanında olar, kədərilə kədərlənər, sevincilə sevinərik. Birinci dünya müharibəsində Anadolunun Şərqində və Qafqaz cəbhəsində yurdu yağmalanan, evləri alova verilən, əsir götürülən türklərə Azərbaycan xalqı köməyə gəldi. Nargin adasında 10 mindən çox türkə Azərbaycan ziyalıları və xalqı dayaq durdu, onların çətinliklərinin həlli üçün maddi və mənəvi dəstəyi əsirgəmədilər. Hətta bununla kifayətlənmədilər, vaxtı ilə Mustafa Kamal Atatürkün başlatdığı Qurtuluş savaşında da yanımızda oldular. Səngərdə çiyin-çiyinə dayanıb döyüşdülər. Əlbəttə, qardaşın qardaşa borcu olmaz, amma o gündən bu günə Türkiyə- Azərbaycan arasındakı xeyriyyəçilik ənənəyə çevrildi.
Ehtiyac olsa da, olmasa da, həmişə qardaşlardan biri digərini axtararaq, nəyə ehtiyacı olduğunu sorar. Bu ilin 12 iyunda başlayan, 27 sentyabrda Vətən müharibəsinə çevrilən və noyabrın 10-da Azərbaycanın şanlı qələbəsilə bitən savaşda "Türk ocaqları" "Qardaş köməyi" adı altında Azərbaycanda oldu. Və əsgərlərə, cəbhə bölgəsində yaşayan, evləri dağıdılan mülki insanlara yardımlar daşındı. Milliyyətçi həkimlər hospitallarda çalışdı, yaralı əsgərlərin həyata qaytarılması üçün yardım əlini uzatdı.
Əlbəttə, bu qurum təkcə Azərbaycana deyil, "Türk eli üçün" konsepsiyası ilə bütün türk xalqlarına dəstək göstərməkdədir. Amma qardaş ölkəyə dəstək xüsusi əhəmiyyətlidir. Çünki "Türk Ocaqları"nın qurucularından, ideya nəhənglərindən olan Əhməd Ağaoğlu Azərbaycanın qədim şəhəri olan Şuşadandır. Dediyim kimi, Əhməd bəyin quruculuğunda iştirak etdiyi bu təşkilat indi onun ata torpağına yaxın bölgələrə dəstək göstərməkdədir.
Çünki o özü də təkcə Azərbaycan və Türkiyənin deyil, bütün türk xalqlarının ziyalısı, fikir insanı və mübariz şəxsiyyəti idi. Ağaoğlu mübarizəsinə görə dəfələrlə təzyiqlərə məruz qalsa, həbs edilsə də, heç vaxt geri çəkilməyib.
"Türk ocaqları" böyük bir məktəbdir. 1912-ci ildə İstanbulda qurulan bu təşkilat 1918-ci ildə Əhməd Cavad, Abdulla Şaiq, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadənin təşəbbüsü ilə Bakıda quruldu. 1918- ci ildə yaradılan Azərbaycan Cümhuriyyətinin yadigarı olan və bütün türk dünyasının bütövlüyünə çalışan bu qurumu Əhməd Cavadın nəvələri 2019- cu ilin sentyabrında Bakıda bərpa etdilər. "Azərbaycan türk ocağı" və "Türk ocaqları" harada köməyə, nəfəsə, səsə ehtiyac duyan biri varsa, onun yanındadır. Odur ki, Türkiyədə və türkün olduğu hər yerdə belə xeyriyyəçilik fəaliyyətləri davam edəcək. Azərbaycanda əsası qoyulan bu xoşməramlı fəaliyyət nəticəsində Əhməd bəy Ağaoğlunun da ruhunun şad olduğuna əminəm. Beləliklə, Əhməd bəy başda olmaqla "Türk ocaqları"nı quran keçmiş nəsli ehtiramla yad edir, bu gün isə bu tarixi qardaşlıq ənənələrini sağlam əsaslarla davam etdirənlərə minnətdarlığımı çatdırıram.
Yücel Karauz, general
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya