Əhməd Cavadın doğum günüdür
07:17 06.05.2020
Tarix
3416
5 may (1892-1937) — Azərbaycan Respublikasının Dövlət himninin sözlərinin müəllifi, şair, tərcüməçi, 1934-cü ildən AYB-nın üzvü, professor, azadlıq aşiqi, represya qurbanı, böyük Türk oğlu Axundzadə Cavad Məhəmmədəli oğlunun (Əhməd Cavad) doğulduğu gündür.
Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur.
Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır.
Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.
Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə “Qoşma” adlı ilk kitabı çapdan çıxmışdır.1919-cu ildə isə “Dalğa” adlı kitabı nəşr olunmuşdur. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.
1935-ci ildə Gəncədən Bakıya qayıdan Əhməd Cavad “Azərnəşr”də fəaliyyətini davam etdirir. Ona qarşı hücumlar burada da səngimək bilmirdi. Xüsusilə də Yazıçılar Ittifaqının plenumlarında şairi kəskin tənqid edirdilər
1937-ci il iyunun 3-də onu Yazıçılar Ittifaqının üzvlüyündən çıxarırlar. Beş gün sonra isə həbs edirlər.
Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan çox qüdrətli bir insana “xalq düşməni” kimi damğa vuruldu. Şairin evində aparılan axtarış zamanı mənzilindən əmlakını, hətta həyat yoldaşı Şükrüyyə xanımın daş-qaşını, bəzək əşyalarını da müsadirə etmişdilər.
Əhməd Cavad 1937-ci il oktyabrın 12-də güllələnib.
45 yaşlı nakam şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olub.
Şükrüyyə xanım həyat yoldaşının Stalin rejiminin qətlindən sonra “vətən xaininin arvadı” kimi uşaqları ilə birlikdə həbs edilərək sürgünə məruz qalır. Düz bəraət alana qədər 7 il hər günü yüz ilə bərabər bir zülmün odun alovun içindən mərdliklə Əhməd Cavada laiq çıxır. Allah rəhmət eləsin.
Allah hər ikisinə rəhmət eləsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi