Ənvər Paşanın son məktubu üzə çıxdı – “Türklər İslam dünyasına od vuracaq”
Yusif Nəzərli
08:02 06.06.2025
Tarix
662
Osmanlı Dövlətinin hərbi naziri Ənvər Paşanın qaçaq olduğu dönəmdə amerikalı jurnalist Von Viqanda göndərilən son məktublarının taleyi məlum olub.
Teleqraf xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Almanca yazılmış məktublardan birincisi Türk Tarix Qurumunun Arxivindəki Ənvər Paşa Kolleksiyasında, ikinci və üçüncüsü isə ABŞ-nin Stanford Universitetinin Huver İnstitutu Arxivində Karl von Viqandın sənədləri arasında tapılıb.
Ənvər Paşanın ABŞ və Avropa ictimai rəyi üçün yazdığı bu məktublarda İslam dünyasının qurtuluşu, Türkiyə ilə bağlanacaq sülh müqaviləsinin çərçivəsi, İslam-Bolşevik ittifaqı və erməni məsələsi kimi məsələlərlə bağlı fikirləri və həlli təklifləri yer alır.
Almaniya Xarici İşlər Nazirliyinə aid 23 oktyabr 1920-ci il tarixli və “tam məxfi” qeyd olunan bir sənəddə Ənvər Paşanın Almaniyadakı fəaliyyətindən bəhs edilir.
1 fevral 1920-ci il tarixində yazılan və həmin ilin martın 3-də “The Washington Times” qəzetində dərc olunan ilk məktubunda Ənvər Paşa yazır:
“İslamın mərkəzi, türk millətinin 500 il paytaxtı olan İstanbul işğal edilsə, millət parçalansa, böyük dövlətlər onu öz müqəddəratını təyin etmək hüququndan məhrum etsələr, türklər İslam dünyasına od vuracaq və Şərqdə sülh olmayacaq”.
Məktubunda İngiltərə və Fransanın Türkiyəyə qarşı siyasətini tənqid edən Ənvər Paşa İzmirin rumlara (yunan), Kilikiyanın isə fransızlara verilməsini misal gətirir, Türk millətinin istiqlaliyyəti uğrunda mübarizəsini davam etdirəcəyini, İslam dünyasının da türklərin yanında olacağını vurğulayır.
Ənvər Paşa 2 iyul 1920-ci ildə yazdığı və həmin il iyulun 25-də “The Washington Times” qəzetində dərc olunan ikinci məktubunda İslam dünyasının ingilis müstəmləkəçiliyinə qarşı ayağa qalxdığını və bu mübarizənin uzun sürəcəyini bildirir. Ənvər Paşa məktubunda Anadoluda türk millətçi hərəkatının gücləndiyini və Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi müqavimətin davam etdiyini də söyləyir.
3 avqust 1920-ci ildə yazdığı və Moskvada qələmə aldığı anlaşılan üçüncü məktubunda Ənvər Paşa “Sevr müqaviləsi qəbuledilməzdir” deyir və bu müqavilənin türk milləti tərəfindən heç vaxt qəbul edilməyəcəyini və mübarizənin davam edəcəyini vurğulayır.
Ənvər Paşanın Amerika ictimaiyyətinə ünvanladığı məktubları Türkiyənin müharibədən sonrakı vəziyyətini və İslam dünyasının Qərbə müqavimətini izah etmək üçün yazılıb.
Qeyd edək ki, Ənvər Paşa Azərbaycan üçün də önəmli tarixi şəxsiyyətdir. O, 1918-ci ildə Bakının Daşnak-Sentrokaspi qüvvələrindən azad olunmasında tarixi rol oynamış Qafqaz İslam Ordusunun qurucusudur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib - YENİLƏNİB
13:58 29.01.2026
Dünya
KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib
13:46 29.01.2026
Dünya
Bilal Ərdoğan Bakıda restoran açır
13:36 29.01.2026
Gündəm
Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi ilə görüşdü
13:32 29.01.2026
Dünya