Heydər Əliyev - Ömrünü xalqına bağışlayan lider və ya xalqının xilaskarı...
Turan
11:59 13.06.2020
Tarix
1453
“Ümummilli lider düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurdu”
“Azərbaycanın dünyaya günəş kimi doğacağını bir hədəf kimi qarşıya qoyan ulu öndər Heydər Əliyev çox qısa zamanda bu məqsədə nail oldu”
“Azərbaycanın müasir tarixinin iki önəmli hadisələrindən biri müstəqilliyin yenidən bərpası və Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışıdır”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.
Deputat bildirib ki, Ulu öndər Heydər Əliyevin “Müstəqiliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün öz aktuallığını qoruyur:
“Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. O, uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurdu. Azərbaycanın dünyaya günəş kimi doğacağını bir hədəf kimi qarşıya qoyan ulu öndər Heydər Əliyev çox qısa zamanda bu məqsədə nail oldu. Ölkədə sabitliyin, əmin-amanlığın yaradılması malik olduğumuz enerji resurslarından səmərəli istifadəyə yol açdı. Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında 1993-cü ildəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edərək bu reallığı bəyan edir. Vurğulayır ki, müstəqil müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur”. Həqiqətən də Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 1993-2003-cü illər ölkəmizin dirçəlişi, tərəqqisi dövrü kimi xarakterizə olunur”.
Parlamentarinin fikrincə, ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu:
“Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Azərbaycana azərbaycançılığı qaytarması, bunu ideologiya səviyyəsində formalaşdırılması Heydər Əliyevin ən böyük xidmətlərindəndir. Ulu öndərin rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş Konstitusiyamız dünyəviliyimizi, müasirliyimizi, tolerantlığımızı açıq nümayiş etdirir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!” deyən xalqın xilaskarı bir-birinin ardınca çəkinmədən, qorxmadan mətin addımlar atır. Azərbaycanın hərtərəfli dirçəlişinə zəmin yaradırdı. Ulu öndərin ölkəmizə, xalqımıza miras qoyduğu varlıqların ən önəmlilərindən biri də Yeni Azərbaycan Partiyasıdır. 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda ümummilli lider Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirmişdi. Yeni təsis edilmiş partiyanın sədrinin ulu öndər Heydər Əliyevin seçilməsi Azərbaycanın düşdüyü dərin bataqlıqdan çıxarılması istiqamətində atılan ilk tarixi addımlardan biri olmuşdu”.
A.Məmmədov vurğulayıb ki, ümummilli liderin müəyyənləşdirdiyi inkişaf kursu bu gün onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
“Bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir. Dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Cənab Prezidentin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi Ulu öndərin qoyduğu yolun davamının sübutudur. Siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Bu yüksəliş isə Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir”.
Oxşar xəbərlər
Azərbaycan Ordusu dünya hərb tarixində yeni qəhrəmanlıq səhifəsi açdı - İlham İsmayıl
16:14 06.11.2026
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual