
İlahiyyatçı: 20 yanvarda matəm olsa da, şəhidlik, zülm olsa da, cəsarət var
Yusif Nəzərli
18:37 20.01.2025
Tarix
1238
“Biz bir millət olaraq tarixin səhifələrindən boylanan neçə-neçə zülm gördük, istibdada şahid olduq, lakin ruhumuzu əsarətə vermədik, həmişə nurun işığında qaldıq. Zalımların kölgəsi böyük görünsə də, Haqqın şəfəqlərinin o kölgələri necə silib atdığını seyr etdik”.
Bunu “Sherg.az”a açıqlamasında ilhaiyyatçı Ağa Hacıbəyli deyib.
20 Yanvar gününün ölkəmizin və xalqımızın tarixində şərəfli bir səhifə olduğunu söyləyən ilhaiyyatçı əldə etdiyimiz istiqlal və suverenliyə görə şəhidlərə minnətdar olduğumuzu bildirdi:

- Allah-Təala Qurani-Kərimdə buyurur: Zalımlar tezliklə hansı aqibətlə qarşılaşacaqlarını biləcəklər (Şüəra surəsi, 227-ci ayə). Millətimiz, xalqımız zülmkarlardan, istibdad sahiblərindən hər nə qədər zülm, haqısızlıq, qan-qada gördüsə də, əyilmədi, sınmadı, Haqqın bayrağını ucladıb zalimlara qarşı döyüşdü və qalib gəldi. 30 il Qarabağda zalımlar özlərini dağ kimi göstərdi, amma igidlərimizin "Allahu Əkbər " sədalarına dözmədi. 28 ilin istehkamıları ilə önümüzə çıxdı, ancaq 44 günə böcəklər kimi əzildi. Haqq yolçuları- Ordumuz isə hər tufanda yenidən çiçək açan ağaclar kimi səmaya yüksəldi. Əllərində silah , ruhlarında sevda ilə savaşa atıldılar. Qaranlıq hər tərəfi bürüsə də sabahın işığına inandılar. Çünki onların könlündə "Allahdan başqa sığınacaq yoxdur" inancı vardı. Biz Qarabağın zəfərini qazanarkən Harun kimi danışıb Qarun kimi yaşıyanların halını seyr etdik. Müqəddəs yurdumuza hər qədəm basinca zəfərin dadını almış hər dağın, hər dərənin "unutmayın, zalımlar gecələrini xofla keçirir, haqq yolçuları isə ümidlə" hayqırışını dinləyirsən. Çünki biz bilirik: Zülmün kökü yoxdur, amma Haqq əbədi qalar. Bu gün 20 Yanvar faciəsinin 35-ci ildönümünü qeyd edirik. Xalqımızın bağrında açılan bu yara, üzərindən 35 il keçsə də, yenə də təzədir, eyni zamanda bizə fərqli anlam qazandırır. 20 yanvarda matəm olsa da, şəhidlik var, zülm olsa da, cəsarət də var. Həmin gün xalqımızın üzərinə böyük imperiya hücum etsə də, xalqı mızın azadlıq eşqini, azadlıq arzusunu boğa bilmədi. Həmin gün şəhid verdik ki, bu gün üçrəngli bayrağımız cümlə Qarabağda, Zəngəzurda, Qərbi Azərbaycan dağlarında dalğalansın. Şəhidlərimiz “təki Vətən yaşasın” deyib ən uca, ali zirvəyə aparan yolu – şəhidliyi seçdilərsə, bu gün biz onların ortaya qoyduğu o ali dəyəri diri saxlamağa borcluyuq. Uca Rəbbimiz bütün Şəhidlərimizə rəhmət eləsin! Ruhlarını şadlandırsın. Məqamlarını daha da aliləşdirsin! Allah Vətənmizi, dövlətimizi, xalqımızı qorusun! Amin!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski cəbhə bölgəsinə səfər edib
17:00 26.08.2026
Dünya
İran və Oman Hörmüz boğazından əldə edilən gəlirləri bölüşdürəcək
16:30 26.08.2026
Dünya
Dünya musiqisinin əfsanəsi Dolly Parton 80 yaşında vəfat edib
16:29 26.08.2026
Mədəniyyət
Nəsib Nəsibli: Netanyahunun bu sözündə həqiqət payı var
15:51 26.08.2026
Aktual
Astanada Qazaxıstan-Çin Süni İntellekt Məktəbi açılacaq
15:30 26.08.2026
Texnologiya
Ucarda zibil poliqonu yanır - FOTO
15:22 26.08.2026
Hadisə
Netanyahu: “Oğullarımdan birini öldürmək istədilər”
15:20 26.08.2026
Dünya
Ərdoğan : “Heç kimə boyun əymərik”
15:03 26.08.2026
Gündəm
İrəvan: Verilmiş vaxt bitdi, KTMT-dən çıxa bilərik
15:00 26.08.2026
Siyasət
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
14:57 26.08.2026
Elm və Təhsil
Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
14:56 26.08.2026
Mədəniyyət
Peskov: Donbas bizimdir
14:35 26.08.2026
Dünya
Rusiya XİN-dən Paşinyana cavab: Bu, şantajdır
14:34 26.08.2026
Dünya
Paşinyan özünə görə Köçəryanı zərərsizləşdirir - Hüquqşünas
14:19 26.08.2026
Gündəm
Həkimlər Köçəryanın məhkəməyə aparılmasına icazə vermədi
13:57 26.08.2026
Region