Məşəqqət dolu repressiya: Aslan Kənan danışır: “Cəfər Cabbarlını öz dostu satıb”
Yusif Sultanoğlu
07:47 16.02.2021
Tarix
1208
“1937, 1938, 1939 çox dəhşətli illərdir. Adından məlum olduğu kimi repressiya ağrılı keçib. Hərəsinə bir cür işgəncə verib, qətlə yetiriblər. Birini zirzəmidə döyə-döyə öldürüblər, birini suyun içində saxlayıblar. Kimisini şəxsi məsələlərə görə yerindəcə güllələyiblər. Hətta 15-20 dəqiqəlik məhkəmədən sonra güllələnməyə məhkum ediliblər. Ya da başqa bir yerdə, Nargin adasında öldürüblər. Elə repressiya da var ki, tapança ilə vursalar, ondan yaxşıdır”.
Bu sözləri “Şərq”ə açıqlamasında Azərbaycan repressiya illərinin araşdırmaçısı, tarixçi Aslan Kənan deyib. O, repressiyanın səbəblərindən də danışıb:
“Sözsüz ki, o dövrdə bolşeviklərin başında dayananlar öz yerlərini, vəzifələrini saxlamaq üçün repressiyaya əl atdılar. 20-ci əsrin 20-ci illərinin əvvəllərində başladılar.
O zaman bir müddət həbsxanada saxlayırdılar, bəzilərini güllələyirdilər, bəzilərini buraxdılar ki, guya, azad ediblər. İki il sonra yenidən həbsə atırdılar və onları qətl edirdilər.
Məsələn, Əhməd Cavad 3 dəfə tutulub. Yaxud da Cəfər Cabbarlının başına oyunlar açılıb. Öz dostu, birgə çörək kəsdiyi adam onu satmışdı. Həmin şəxs yaxın zamana qədər yaşayırdı. Deyirdi, Cəfər Cabbarlı dostum olub. Onları qınamıram. Bəzən buna görə məni günahlandırırlar. Yaxud da o vaxtın məşhur yazıçılarını, şairlərini kəskin tənqid etdiyimi söyləyirlər.
Həmişə deyirəm, o adamları günahlandırıram ki, azad bir torpaqda, öz ətrafını güdaza verib. Nəyə görə? Ya mənzil qazanmaq üçün, ya kitabları çap olunsun deyə, ya da vəzifə sahibi olmaq uğruna.
Kim ki, zirzəmidə qardaşını “ satır”dı, onlara haqq qazandırıram, çünki işgəncələrə görə məcbur idi. Kim osla, belə edərdi. Kim deyirsə ki, “satmaram”, yalandır. Məcbur olduqları üçün onları anlayıram. Sənədlərlə tanış olanda, bəzi məqamlara rast gəlirdim. Yazıçılar İttifaqının iclasında, yığıncaqlarında vəzifə hərisləri kiməsə yaranırdılar.
Halbuki, yoldaşlarının üzünə duranlar Yazıçılar İttifaqının üzvü də deyildilər. Onları günahlandırıram. Yoxsa Hacı Kərim Sanılı qoca kişi idi, döyə-döyə öldürdülər. Heç məhkəməyə gəlib, çata bilmədi.
Ancaq Seyid Hüseyn Sadıqzadə, Mikayıl Müşfiq, Əhməd Cavad onları 15-20 dəqiqəlik məhkəmədən sonra güllələdilər. Bunlar hamısı ən ağır və dəhşətliləri idi. Repressiya elə dəhşətin özüdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya