Nəsiman Yaqubludan dünya alimlərinə MÜRACİƏT: “İnanırıq ki, Azərbaycanın haqlı mövqeyini…”
09:19 06.10.2020
Tarix
1506
Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nəsiman Yaqublu dünyanın Azərbaycanşünas alimləri və tanınmış qədqiqatçılarına müraciət edib. Müraciət Polşa Respublikasının Şərqi Avropa Araşdırmaları İnstitutunun professoru Yan Malitski, ABŞ-ın Massaçuset Universitetinin professoru Audrey Altstadt, Rusiya Elmlər Akademiyası və Rusiya Tarixi İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Salavat İsakov, Fransa İctimai Elmlər Ali Məktəbinin təmsilçisi, tarix elmləri doktoru Georgi Mamuliya, Ukrayna Elmlər Akademiyası M.S.Qruşevski adına Ukrayna Arxeologiya İnstitutunun əməkdaşı Valentina Piskun, Qazaxıstandan olan siyasi elmlər doktoru Baxyıt Sadıqova, ABŞ-ın İndiana Universitetindən Hiroaki Kuromiya, Vasili Stefanik adına Prikarpat Milli Universitetinin professoru Komar Volodimir Leonoviç, Polşa Elmlər Akademiyası Tarix İnstitutunun professoru Marek Kornat, Polşa Respublikası Milli Yaddaş İnstitutu Arxivinin professor Marzena Kruka ünvanlanıb.
Sənədin mətnini olduğu kimi təqdim edirik:
Hörmətli həmkarlar, dəyərli dostlar!
Obyektiv tədqiqatçı mövqeyinizə sayğılı yanaşmam, şəxsi münasibətlərimizdəki səmimilik və qarşılıqlı inam bu müraciəti Sizə ünvanlamağa əsas verdi.
Məlumunuz olduğu kimi, 30 ilə yaxındır ki, Ermənistan Respublikasının Azərbaycanın ərazi bütövlüyünə təcavüzü davam etməkdədir. Bu müddət ərzində yüzlərlə günahsız insanımız qətlə yetirilmiş, xalqımıza qarşı XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı törədilmiş, minlərlə vətəndaşımız doğma yurdlarını tərk edərək öz vətənində məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir. İşğalda saxlanılan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda yaşayış evləri erməni silahlıları tərəfindən vəhşicəsinə dağıdılmış, infrastrukturlar, bəşər mədəniyyətinin zənginləşməsində ciddi töhfələri olan maddi-mədəniyyət abidələrimiz məhv edilmişdir.
Ermənilərin bu işğalçı siyasəti xalqların azad və sülh şəraitində yaşamasına mane olmaqdadır.
Ermənistan Respublikası bu günə qədər işğal etdikləri Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı BMT-nin müvafiq 4 qətnaməsinə əhəmiyyət verməyərək beynəlxalq hüquq normalarını pozmaqda davam etməkdədirlər.
Narahatlıq yaradan başlıca məqamlardan biri ermənilərin Azərbaycan xalqının öz torpaqlarını azad etmək cəhdini müsəlman-xristian toqquşması kimi dünya ictimaiyyətinə çatdırmasıdır.Təsdiq olunmuş faktdır ki, ölkəmizdə yaşayan bütün xalqlar eyni hüquqa malikdir, Azərbaycanda tolerantlıq mövcuddur və bütün xalqlara və dinlərə sayğılı yanaşılır.
Ermənilər bilərəkdən və qəsdən ictimaiyyəti çaşdırır, erməni alim və tədqiqatçıları isə “araşdırmaları”nda tarixi həqiqəti saxtalaşdırır, müxtəlif ölkələrdəki diaspor və lobbi təşkilatlarının köməyi ilə kütləvi informasiya vasitələrində yalan və böhtan xarakterli məlumatlar yayırlar.
Bu gün Azərbaycan xalqı 30 illik erməni işğalı ilə barışmayaraq öz torpaqlarını təcavüzkar erməni silahlı dəstələrindən azad etməkdədir.
İnanırıq ki, Siz Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda apardığı mübarizəni dəstəkləməklə ermənilərin saxta təbliğatlarının qarşısını alacaq, dünya ictimaiyyətinə Azərbaycanın haqlı mövqeyini çatdıracaq, xalqlar və millətlər arasında ayrılıq, irqçilik, separatizm yayanları pisləyəcəksiniz!
Hörmətlə, tarix elmləri doktoru,
Bakı Dövlət Universitetinin professoru Nəsiman Yaqublu
Qeyd edək ki, bu müraciət ingilis dilində alimlərin elektron ünvanlarına göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi