Pakistanlılar Azərbaycanı niyə sevirlər? – Orijinal tarixi səbəb
Fidan Həmişəyeva
17:06 21.12.2020
Tarix
1810
“Bu təmənnasız sevgi böyük xeyriyyəçi oğlumuz Hacı Zeynalabdin Tağıyevin xidmətlərinin qarşılığıdır”
“Vaxtilə Pakistan Böyük Britaniyanın müstəmləkəsi olarkən, bu ölkədə yoluxucu xəstəlik yayılıb. On minlərlə insan həyatını itirib”
“O, öz vəsaiti hesabına 300 min ampula dərman alaraq bu ölkəyə göndərib. Nəticədə qorxunc infeksiyanın qarşısını almaq mümkün olub”
Dekabrın 18-də Azərbaycan və Pakistan Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında ikinci siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan Xarici işlər nazirinin müavini Ramiz Həsənov və Pakistan xarici işlər katibi Soheyl Mahmudun iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu olub.
Görüşdə tərəflər ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin iki ölkə arasında yüksək siyasi dialoqun davam etdirilməsinin vacibliyini, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
İki ölkə arasındakı münasibətləri “Sherg.az”a şərh edən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyədə olması və gələcəkdə də inkişaf etdirilməsi olduqca vacibdir. Analitikin sözlərinə görə, Pakistan Azərbaycana dost olan önəmli dövlətlərdən biridir:
“Bu ölkə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrin sırasındadır.
Onu da qeyd etmək lazımdır ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və torpaqlarımızın işğaldan azad edilməsi üçün hər cür addımı atmağa hazır olduğunu bəyanlayıb. Pakistanın Azərbaycana dost və qardaş münasibəti həmişə sabit olub və heç vaxt dəyişməyib. Yəni Pakistan, Türkiyə ilə yanaşı, Azərbaycanın həmişə güvənə biləcəyi çox nadir dövlətlərdən biridir.
Bunun əsas səbəbi ondan ibarətdir ki, Pakistan dövləti və xalqı Azərbaycana təmənnasız sevgi bəsləyir. Və bu təmənnasız sevgi Azərbaycan xalqının böyük xeyriyyəçi oğlu Hacı Zeynalabdin Tağıyevin xidmətlərinin qarşılığıdır. Belə ki, vaxtilə Pakistan Böyük Britaniyanın müstəmləkəsi olarkən, bu ölkədə yoluxucu xəstəlik yayılıb. On minlərlə insan həyatını itirib. Məhz belə ağır günlərində Hacı Zeynalabdin Tağıyev Pakistan xalqının köməyinə çatıb. O, öz vəsaiti hesabına 300 min ampula dərman alaraq Pakistana göndərib. Nəticədə qorxunc infeksiyanın qarşısını almaq mümkün olub. O vaxtdan üzü bəri pakistanlılar Azərbaycanı sevirlər, hətta dərsliklərdə belə, xüsusi olaraq, təbliğ edirlər”.
E.Xalidbəyli vurğulayıb ki, müasir dövrdə Pakistan Azərbaycan üçün Türkiyə ilə yanaşı, əvəzolunmaz müttəfiqdir:
“Pakistan güclü Hərbi-Sənaye Kompleksinə sahibdir. Bu baxımdan, Azərbaycanın müasir və keyfiyyətli silahlar əldə etməsində Pakistanın böyük rolu ola bilər. Təbii ki, bütün bunlar Azərbaycan və Pakistanın perspektiv münasibətləri üçün geniş imkanlar açır. Pakistanın da Azərbaycan ilə münasibətlərdən faydalana biləcəyi sahələr kifayət qədərdir. Xüsusilə də, Azərbaycanın enerji resurslarının Pakistan üçün əlavə qaynaq rolunu oynaması mümkündür”.
Azərbaycan və Pakistanı birləşdirən bir çox ortaq faktorların olduğunu deyən ekspert söyləyib ki, Azərbaycan da Pakistanla Hindistan arasındakı silahlı münaqişədə Pakistanı dəstəkləyir:
“Yaxın gələcəkdə Azərbaycan və Pakistan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün kifayət qədər münbit şərait mövcuddur. Hər iki dost ölkə bu münasibətlərin inkişafında birbaşa maraqlıdır”.
Oxşar xəbərlər
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
00:41 28.10.2026
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi