"Qarabağ Zəfəri" filmi də dünyaya səs salacaq
Turan
07:53 04.03.2021
Tarix
788
Türkiyəyə məxsus seriallar dünyanın müxtəlif ölkələrində maraqla izlənilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın mühüm tarixi dönəmləri ilə bağlı serial və filmlər çəkilməsi barədə tapşırıq verib. Bu barədə Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovla görüşü zamanı deyib. Altun söyləyib ki, Ərdoğanın tapşırığı ilə Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında serial və film layihələri həyata keçiriləcək.
O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək: “Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir”. Mədəniyyət naziri Anar Kərimov da qeyd edib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığın simvolu olacaq.
Mühüm qərarı “Şərq”ə dəyərləndirən tarixçi-alim Boran Əzizli deyib ki, XX yüzildə xalqımızın başına gətirilən çox böyük faciələrin təkcə tarixi əsərlər, romanlar, povestlər şəklində işıqlandırılması kifayət etmir. Alimin sözlərinə görə, tarixi olayların kinolaşdırılması, serial, yaxud bədii film şəklində təbliği həqiqətlərin ictimaiyyətə daha tez və təsirli çatdırılmasında əhəmiyyətli rol oynayır:
“Hörmətli Türkiyə prezidentinin bu qərarı çox təqdirəlayiqdir. Həm də nəzərə alaq ki, Türkiyə film sənayesi Osmanlı dövlətinin yaranması, yüksəlişi, yadelli işğalçılara qarşı aparılan möhtəşəm savaşlarla bağlı dünyaya səs salan filmlər, seriallar çəkib. Türkiyəyə məxsus tarixi seriallar dünyanın müxtəlif ölkələrində maraqla izlənilir. İnanırıq ki, Qarabağ Zəfəri, Xocalı soyqırımı, eyni zamanda Qafqaz İslam Ordusu ilə bağlı da gözəl filmlər ərsəyə gələcək. Bu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm addım olacaq”.
B.Əzizli hesab edir ki, Səfəvi dövləti və Nadir şahın Osmanlı ilə əlaqələrinin, Ağqoyunlu hökmdarı Həsən padşahla Osmanlı sultanı İkinci Mehmet arasındakı münasibətlərin filmləşdirilməsi çox yaxşı olar:
“Bəzən bilərəkdən, yaxud bilmədən qədim dövlətlərimiz arasındakı mübarizələri təriqət savaşları kimi təqdim edirlər. Bu, tamamilə yanlışdır. Böyük türk dövlətlərini və böyük tarixi şəxsiyyətləri “üz-üzə” qoymaq, aşağılamaq, topluma qüsurlu tanıtmaq yolverilməzdir. Bunun əvəzinə türk xalqları arasında tarixi qardaşlığı, dostluğu tərənnüm edən, türk dünyasının həmrəyliyinə səsləyən filmlərin çəkilməsinə ehtiyac var. Hələ XX əsrin əvvəllərində ortaq türk dilinin yaradılması ilə bağlı Rusiya müsəlmanlarının qurultaylarında məsələ qaldırılmışdı. İsmayıl bəy Qaspıralının, Yusif Akçuranın, Əlimərdan bəy Topçubaşinin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun çıxışlarında, 1917-ci ildə Qafqaz və Rusiya müsəlmanlarının Bakı və Moskva qurultaylarında ortaq tarix, dil məsələləri gündəmə gətirilmişdi. Yüz il sonra yenidən bu istiqamətdə mühüm addımlar atılmaqdadır. Arzu edərdik ki, bu məsələlər sürətlənsin. Tarix də göstərdi ki, ən çətin anlarda məhz türk xalqları bir-birinə arxa çıxır, dayaq durur.
Oxşar xəbərlər
Azərbaycan Ordusu dünya hərb tarixində yeni qəhrəmanlıq səhifəsi açdı - İlham İsmayıl
16:14 06.11.2026
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya