Qaradağlı faciəsi: “Bu, Xocalı soyqırımının mini formasıdır” - Dünyaya çatdıraq!
Banuçiçək Kalbalıyeva
11:49 17.02.2021
Tarix
1929
Azərbaycan tarixinə qara hərflərlə yazılan Qaradağlı faciəsinin üzərindən 29 il ötür. Həmin soyuq, çovğunlu və, bəlkə də, qarlı gündə 117 nəfər əsir alınmış, onlarca mülki şəxsi isə qətlə yetirilmişdi. Mənbələrdə yazılana görə, Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib.
Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb.
Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülüb. Məsələn, 3 kənd sakininin üzərinə dizel yanacağı tökülərək yandırılıb, 2 nəfərin isə başı kəsilib. Əlbəttə, məsələyə siyasi nöqteyi-nəzərdən yanaşsaq, qisasın qiyamətə qalmadığını əminliklə deyə bilərik. Ermənistan hərbi-siyasi hakimiyyəti törətdiyi əməllərə görə çoxdan peşman olub. Lakin tarix tarixliyində qalır...
Tarixçi-alim Boran Əzizli Qaradağlı faciəsi barədə “Sherg.az”a danışdı. Onun sözlərinə görə, bu həmin illərdəki qətliamlardan sadəcə biri idi:
“Qaradağlı kəndi ermənilərə qarşı dörd il mübarizə aparıb və təslim olmayıb. Oranın insanları çox cəsur və mərddirlər. Bütün imkanları ilə müqavimət göstəriblər. Amma qeyri-bərabər şəraitdə yerli sakinlərə qarşı xüsusi amansızlıq törədilib. 91 nəfər öldürülən arasında yandırılanlar, diri-diri basdırılanlar, qulağı, burnu, başı kəsilənlər də var idi. Düşmənlər 1991-ci il sentyabrın 8-də Ağdam Qaradağlıya gedən maşındakı 7 nəfəri qətlə yetirdilər. Ümumiyyətlə, Qaradağlı faciəsində təkcə 366-cı motoatacı alayın üzvləri yox, həm də ayrı-ayrı ölkələrdə cinayətlər törətmiş terrorçular iştirak edirdi. Rusiyanın müsəlmanlara və türklərə qarşı yeritdiyi siyasətin tərkib hissəsi olan Qaradağlı faciəsini, məncə, Xocalı soyqırımının mini forması da hesab edə bilərik”.
B.Əzizli düşünür ki, biz tarixin acı həqiqətlərindən dərs çıxarmalıyıq:
“Kərkicahanda, Meşəlidə də oxşar qətliamlar törədilib. Əslində müstəqillik uğrunda çalışan, mübarizə aparan hər kəsə divan tutulurdu. Düşmən Qaradağlı istəyinə tam nail ola bilmədi. Beləliklə, çox keçmədən rus və erməni birləşmələri Xocalı soyqırımını törətdilər. Qoca, uşaq bilmədən qeyri-insani addımlar atıldı. Təəssüf ki, Qaradağlı hadisələri indiyədək lazımi qədər öyrənilməyib. Biz bu faciəni həm araşdırmalı, həm də dünyaya çatdırmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə