QƏTLİAM ! – “BallıQAYAnın da altından Rusiya çıxdı” - Tarix nəticədir !
Banuçiçək Kalbalıyeva
13:40 28.08.2020
Tarix
1629
“Amma indi vəziyyət dəyişib. Avropa erməni yalanlarını qəbul etmir”
“Elə Rusiya da Ermənistandan əlini üzüb. Tovuz döyüşlərindən sonra Kreml etiraf etdi ki, ilk həmlə ermənilərdən gəlib”
“Ermənilər beynəlxalq məhkəməyə verilməli, alman faşistlərinin aqibətini yaşamalıdırlar”
Bu gün Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələrinin törətdikləri qətliamdan 28 il ötür. Həmin hadisə zamanı qaniçən ermənilər aralarında 6 azyaşlı uşaq, həmçinin 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetiriblər. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində üç azyaşlı uşaq hər iki valideynini itirib.
Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.
Azərbaycan cəmiyyəti sözügedən hadisəni dərin hüznlə xatırlayır. Qeyd edək ki, Xarici İşlər Nazirliyimiz bu barədə bəyanat imzalayıb.
Ballıqaya hadisələri ilə bağlı “Sherg.az”a danışan tarixçi-alim Dilavər Əzimli qeyd edib ki, bu və digər oxşar hadisələr Rusiyanın “dirijorluğu” ilə həyata keçirilib:
“Ermənilərin bütün belə xainliklərinin arxasında Rusiyanın əli var. Hətta ruslar özləri də ermənilərin əməllərini görüb bəzən dəhşətə gəlirdilər. Amma mövcud vəziyyəti nəzarətdə saxlamaq məqsədilə onlardan istifadə edirdilər.
Həmişə olduğu kimi, Ballıqaya hadisələrində də Ermənistanın arxasından Rusiya çıxıb, dünya dövlətləri onu dəstəkləyib.
Amma indi vəziyyət dəyişib. Avropa erməni yalanlarını qəbul etmir. Elə Rusiya da Ermənistandan əlini üzüb. Tovuz döyüşlərindən sonra Kreml etiraf etdi ki, ilk həmlə ermənilərdən gəlib”.
Tarixçinin fikrincə, intiqam almayınca rahat nəfəs almağa haqqımız yoxdur:
“Keçmişdən ibrət götürməliyik. Çünki tarix həm də nəticədir. Biz nəinki bu hadisələri unutmamalı, hətta intiqam üçün təbliğat aparmalıyıq. Azərbaycan xalqı heç vaxt şovinist siyasət yürütməyib.
Əksinə, daim Tanrı ədalətinə sığınıb. İntiqamımızı almalıyıq. Ermənilər beynəlxalq məhkəməyə verilməli, alman faşistlərinin aqibətini yaşamalıdırlar. Onda düşmən tamamilə tək qalacaq, arxasındakılar hərəsi bir yana çəkiləcək.
Mən jurnalist kimi çalışdığım illər ərzində Ballıqaya qurbanlarının yaxınları ilə görüşmüş, söhbət etmişəm. İnanın, həmin dəqiqələrdə göz yaşlarıma hakim ola bilmirdim və indi olduğu kimi intiqam arzulayırdım. Onsuz da bizim işimiz qadınlarla, körpələrlə deyil, terroristlərlədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə